Accessibility links

Sorğu: Co Bayden daha çox yaşlılar və azlıqlar tərəfindən dəstəklənir


ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden 2020-ci il prezident seçkilərinə qatılacaq demokrat namizədlər arasında öndə gedir. Ona ən yüksək dəstək azlıqlar və yaşlılar tərəfindən verilir.

Reuters/Ipsos-un sorğuları 2020-ci ildə ümumilli seçkilərdən öncə Demokrat partiyasından namizədin seçilməsində rol oynaya biləcək iki əsas qrupa mənsub 2237 demokrat və müstəqil seçicinin rəyini əks etdirir.

Respondentlərin 24 faizi Baydenə səs verəcəyini bildirib.

Digər 15 faiz 2016-cı ildə də prezident yarışlarında iştirak edən Vermont ştatından demokrat senator Berni Sandersi dəstəkləyəcəyini bəyan edib.

Başqa namizədlərə 7 faizdən çox dəstək verən olmayıb. Rəyi soruşulanların 21 faizi qərarsız olduqlarını deyib.

Rəy sorğuları potensial seçicilərin hazırda nə düşündüklərini müəyyən edib. Lakin seçkilərədək bir çoxlarının fikrini dəyişmə ehtimalı da var.

Gələn ilin fevral ayında Ayovadan başlayaraq namizədlərin nominasiya irəli sürüləcək.

Amerikalıların 63 faizi Baydenlə bağlı yaxşı təəssürata malik olduğunu bildirib. Onların 88 faizini demokratlar, 59 faizini müstəqillər, 39 faizini isə respublikaçılar təşkil edir.

Sandersi 58 faiz dəstəkləyib. Eyni dəstək 37 yaşlı Pit Butticicə göstərilib.

Hər 3 namizəd hər iki partiya tərəfindən dəstəklənir. 44 faiz Trampla bağlı müsbət rəyə malik olduğunu deyib.

Co Baydenin 2020-ci ildə prezident seçkilərində Demokrat Partiyasından namizədlik uğrunda yarışlara qoşulacağını cümə axşamı günü elan edəcəyi gözlənilir. Bu haqda məlumatı NBC tele kanalı verib.

Bayden bununla hakimiyyəti respublikaçı prezident Donald Trampdan almağa çalışan prezidentliyə namizədliklərini irəli sürmüş bir sıra demokratların sırasına qoşulacaq.

76 yaşlı Bayden həm də prezident yarışlarında ən yaşlı və ən təcrübəli siyasətçi olacaq.

XS
SM
MD
LG