Accessibility links

Sorğu: Rusiyalı və ukraynalıların 75 faizi bir-birlərinə yaxşı münasibət bəsləyir


Rusiya və Ukraynada keçirilən social sorğunun nəticələrinə əsasən rusiyalıların 82%-i ukraynalılara yaxşı yanaşır. Ukraynada isə respondentlərin 77%-i rusiyalılara yaxşı münasibət göstərir. Bu göstəricilər Rusiyanın “Levada Mərkəzi” və Ukraynanın Beynəlxalq Sosiloji İnstitutunun birgə keçirdiyi araşdırmasının nəticələrində öz əksini tapıb.

“Son üç il ərzində Rusiya sakinləri arasında ukraynanılara qarşı münasibət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ukrayna cəmiyyətində də ruslara qarşı az da olsa analoji olaraq yaxşılığa doğru dəyişikliklər var”, “Levada Mərkəzi”nin hesabatında yazılıb.

Rusiyalıların 13%-i ukraynalılara pis yanaşır. Rusiyalılara pis yanaşan ukraynalıların sayı isə 14%-dir.

Rusiyalıların 85%-i Ukrayna hakimiyyəti haqda mənfi fikirdədir. Ukraynalılar arasında Rusiya hakimiyyəti haqda suala respondentlərin 69%-i eyni cavab verib.

Rusiyalıların və ukraynalıların demək olar ki yarısı, 52% və 48%-i ölkələrin müstəqil olmasını, lakin arada sərhəd, viza və gömrük rejiminin olmamasını istəyir. Rusiyada respondentlərin 17%-i iki ölkənin bir dövlət olmasının tərəfdarıdır. Ukraynada bu göstərici 4%-dir.

“Rusiya vətəndaşları tərəfindən Ukrayna hökümətinə qarşı və Ukrayna vətəndaşları tərəfindən Rusiya hökümətinə qarşı əhəmiyyətli dərəcədə mənfi münasibətə baxmayaraq, respondentlər arasında 2016-cı ildən 2019-cu ilədək ölkələrin hakimiyyətinə qarşı müsbət fikirdə olanların sayı az da olsa artıb”, "Levada"nın hesabatında bildirilir.

XS
SM
MD
LG