Accessibility links

Sorğu: Rusların 45 faizi ölkənin yanlış istiqamətdə getdiyini düşünür


Levada Mərkəzinin keçirdiyi sorğuya əsasən, rusiyalıların 45%-i ölkənin yanlış istiqamətdə irəlilədiyini düşünür.

Bu, son 12 ildə maksimal göstəricidir. 2006-cı ilin yanvarında 48% rus ölkənin yanlış istiqamətdə irəlilədiyi fikrində idi. Bir il əvvəlsə bu göstərici 28% idi.

Rəqəm son 12 ilin maksimal göstəricisi sayılır.

Son sorğuya əsasən, rusiyalıların 34%-i Vladimir Putinin Rusiya Federasiyasının prezidenti kimi fəaliyyətindən razı deyillər. Eyni göstərici 5 və 7 il əvvəl qeydə alınıb.

Respondentlərin 64 faizi hələ də prezident Vladimir Putinin fəaliyyətindən razıdır.
Respondentlərin 64 faizi hələ də prezident Vladimir Putinin fəaliyyətindən razıdır.

Bir il əvvəl – 2018-ci ilin yanvarında Putinin fəaliyyəti barədə rəyi soruşulanların cəmi 18%-i, iki il öncə isə 14 %-i narazı olub.

Rusiya Federasiyasının baş naziri Dmitriy Medvedevin fəaliyyətindən bir il əvvəlki göstərici 56%-dan fərqli olaraq, bu il 66% rusiyalı narazıdır. Nazirlər Kabinetinin fəaliyyətindən 61% rusiyalı (2018-də bu göstərici 51% olub), Dövlət Dumasının fəaliyyətindən – 64% rusiyalı (ötən ilin yanvarında bu göstərici 55% olub) narazıdır.

Müvafiq olaraq:

  • Putinin fəaliyyətindən – 64%;
  • Medvedevin – 33%;
  • Hökümətin – 38%;
  • Dövlət Dumasından – 33% razıdır.
XS
SM
MD
LG