Accessibility links

Sorğu: Amerikalıların çoxu Trampın səfər qadağasını dəstəkləyir


Nyu York şəhərində prezident Trampın səfərlərə qadağasını dəstəkləyən iki nümasyişçi və qadağanın əleyhinə çıxan daha bir nümayişçi aksiya keçirir

Amerikalı seçicilərin çoxu prezident Donald Trampın altı müsəlman ölkəsindən vətəndaşların ABŞ-a səfərlərinə qoyduğu qadağanı dəstəkləyir. Bunu POLITICO və Morning Consult şirkərinin keçirdiyi yeni sorğu göstərir.

Qadağaya əsasən, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən 90 gün ərzində yeni vizaların verilməsi və 120 gün müddətinə qaçqınların yerləşdirilməsi proqramı dayandırılır.

Prezident Trampın səfərlərə qoyduğu qadağanı dəstəkləyən nümayişçilər Lo Ancels şəhərinin beynəlxalq hava limanında
Prezident Trampın səfərlərə qoyduğu qadağanı dəstəkləyən nümayişçilər Lo Ancels şəhərinin beynəlxalq hava limanında

Sorğuda iştirak edənlərin 60 faizi qadağanı dəstəklədiklərini bildirib. Opponentlərin yalnız 28 faizi səfərlərə qoyulmuş qadağanın əleyhinə olduğunu deyib.

Respublikaçı seçicilər arasında qadağaya dəstək verənlərin sayı 84 faiz təşkil edir. Onların yalnız 9 faizi qadağanın əleyhinə çıxıb.

Səfərlərə qadağa müstəqil secirilərin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Onların 56 faizi qadağaya dəstək bildirib. Müstəqil seçicilərin 30 faizi qadağanın əleyhinə olduqlarını deyib.

Nyu Yorkda prezident Trampın səfərlərə qoyduğu qadağaya etiraz edən nümayişçilər
Nyu Yorkda prezident Trampın səfərlərə qoyduğu qadağaya etiraz edən nümayişçilər

Demokrat seçicilərin isə 40 faizdən çoxu qadağaya dəstək bildirib, 46 faiz ona qarşı çıxdığını bildirib.

Yeni sorğunun nəticələri əvvəlkilərdən qadağanın əleyhinə çıxanların sayının daha çox olması ilə fərqlənir.

Keçən ay Associated Press-NORC Center mərkəzinin keçirdiyi sorğu amerikalıların 60 faizinin məhkəmənin səfərlərə qadağanın qarşısını alan qərarına dəstək verdiyini göstərmişdi.

Bu sorğu Ali Məhkəmənin keçən həftə səfərlərə qadağanın bəzi aspektlərinin həyata keçirilməsinə icazə verməsindən əvvəl keçirilib. Yüksək instansiya məhkəməsində qadağa ilə bağlı payızda dinləmə keçiriləcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG