Accessibility links

Sorğu: Amerikalılar virusdan qorunmaq üçün həyat tərzlərini dəyişib


Amerikalıların əksəriyyəti digərləri ilə ünsiyyətdən uzaq qalır. Bu yolla onlar həm özləri, həm də digərlərini koronavurus təhlkəsindən qorumuş olur.

Associated Press-NORC Mərkəzinin keçirdiyi rəy sorğularına görə, son 6 həftə ərzində artan yoluxma halları insanların dərin narahatlığına səbəb olub.

Sorğuların nəticəsi göstərib ki, amerikalıların əksəriyyəti təcriddə yaşayır, üzlərinə toxunmur. Çoxsaylı insan işsizliklə üzləşib, pandemiyaya görə bağlı olan məktəblərdən qalan uşaqları ilə vaxt keçirir.

Amerikalıların yarısı özləri və ya ailə üzlvlərinin viirusa yoluxacağından hədsiz dərəcədə narahatdır.

Mart ayında 31%, fevralda 22%, hazırda isə 34% narahat olduqlarını bildirib. Respondentlərin yalnız 16% narahat olmadıqlarını deyib.

Narahtlıqlara səbəb virusun yaydığı COVID-19 xəstəliyidir ki, hazırda dünyada 1.9 milyon, ABŞ-da isə 577 min adam bu virusa yoluxub. 17 milyon insan işsizdir, əhalinin 90% evdə qalır.

Bu gün amerikalıların 94 faizi böyük qruplardan uzaq gəzir, 86 faiz isə ünsiyyətləri istisna edib.

Ştatların əskəriyyətində "evdə qal" göstərişi qüvvədədir.

Sorğulara görə, insanların davranışı yaşadıqları yerlərdən asılıdır.

Florida ştatının sakini, 61 yaşlı Riçard Volker ailəsinin son həftələr həyat tərzini dəyişdirdiyini deyib. O artıq 3 yaşlı nəvələrinə baxmadığını və 33 yaşlı qızının onlar üçün alış-veriş etdiyini bildirib.

Volker bu yaxınlarda oğlunun ad gününü onun evinin qarşısına toplaşıb mahnı oxumaqla qeyd etdiyini deyib.

"İndi əlimizdən yalnız bu gəlir" - deyə, Volker bildirib.

Davranışların dəyişməsi yalnız evdə qalmaq və ünsiyyət qurmamaqla bitmir.

Amerikalıların 92 faizi əllərini daha tez-tez yuduqlarını, 70 faizi isə üzlərinə əl vurmadıqlarını deyib.

Respondentlərin 52 faizi əlavə ərzaq, 16 faiz isə mütəmadi olaraq səhiyyə işçilərindən məsləhət aldıqlarını bildirib.

İctimai narahatlıq partiya mənsubiyyətinə görə də dəyişir.

Respublikaçılar demokratlardan daha az narahat olduqlarını bildirib. Onların 35 faizi çox narahat olduqlarını, demokratların isə 61 faizi narahatlıq hissi keçirdiyini bildirib.

Bizneslərin bağlanması və iqtisadi qeyri-müəyyənlik amerikalıların həyatlarına ciddi təsir göstərib.

Rəyi soruşulanların 27 faizi virusun yayılmasından öncə işlərini itirdiyini, 38 faizinin iş saatlarının ixtisar edildiyini, 23 faiz ödənişsiz məzuniyyətdə olduqlarını, 26 faiz isə maaşlarının azaldığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG