Accessibility links

Sosial Demokratlar Yaponiyada koalisiya hökumətini tərk etdi


SDP lideri Mizuho Fukuşima hökumətin amerikalı dəniz piyadalarının Futenma Hava Stansiyasının köçürülməsi barədə hökumətin siyasəti ilə razılaşmadığına görə istehlakçı məsələləri və gender bərabərliyi naziri vəzifəsindən azad edilib

Yaponiyanın kiçik Sosial Demokrat Partiyası ABŞ dəniz piyadaları bazasının cənubi Okinava adasından yığışdırılması ilə bağlı fikir ayrılıqlarına görə hakim koalisiyanı tərk edib. SDP lideri Mizuho Fukuşima hökumətin amerikalı dəniz piyadalarının Futenma Hava Stansiyasının relokasiyası barədə hökumətin siyasəti ilə razılaşmadığına görə istehlakçı məsələləri və gender bərabərliyi naziri vəzifəsindən azad edilib. Televiziya ilə müraciətində Fukuşima bildirib ki, onun vəzifədən kənarlaşdırılması Sosial Demokrat Partiyasının koalisiyadan çıxmasına işarədir. Baş nazir Yukio Hatoyama cırtdan partiyanın koalisiyada qalmasını istədiyini deyib. Buna baxmayaraq, partiya bu günkü iclasında koalisiyanı tərk etmək qərarına gəlib.

XS
SM
MD
LG