Accessibility links

`Sosial ehtiyacı olanların evdə qalması üçün ciddi yardım göstərilməlidir`- karantin problemlərinə ekspert baxışı


Bakıda karantin rejimi
Bakıda karantin rejimi

Nazirlər Kabineti yanında Əməliyyat Qərargahının nümayəndələri aprelin 8-də brifinqdə Azərbaycanda koronavirusa yoluxanların sayının artmasından narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, buna səbəb əhalinin karantin rejiminə əməl etməməsidir. Onlar xəbərdarlıq ediblər ki, pozuntuları davam edərsə, karantin sərtləşdiriləcək.

Bir sıra hüquq müdafiəçiləri, siyasətçilər, ictimai-siyasi xadimlər bununla bağlı öz narahatlığını ifadə ediblər.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər: Koronavirusla mübarizədə ictimai komitə yaradılmalıdır

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, Azərbaycanda karantinin tətbiqinin başqa problemləri də var.

" Sadəcə olaraq Azərbaycanda bu karantinin tətbiqinin başqa problemləri də var. Ən əsas problem də, ictimai etimadın olmamasıdır. Cəmiyyətin bu hakimiyyətə etimadının olmamasıdır. “

“Koronavirus ümumdünya miqyaslı bir bəladır. Əslində dünyanın bütün ölkələrində bu və ya başqa bir şəkildə karantin tətbiq olunur. Çünki doğurdan da xəstəliyin, pandemiyanın yayılmasının qarşısının alınmasınının düzgün üsulu sosial təmasların azalmasıdır, karantindir. Sadəcə olaraq Azərbaycanda bu karantinin tətbiqinin başqa problemləri də var. Ən əsas problem də, ictimai etimadın olmamasıdır. Cəmiyyətin bu hakimiyyətə etimadının olmamasıdır.“

Onun sözlərinə görə, belə bir şəraitdə hakimiyyətin edə biləcəyi ilk addım koronavirusla mübarizədə bir ictimai komitə yaratmaq olmalıdır.

“Bu ictimai komitəyə cəmiyyətdə nüfuzu olan siyasi qüvvələrin təmsilçiləri, cəmiyyətdə nüfuzlu olan ekspertlər daxil edilməlidir ki, komitənin qərarları və yaxud tövsiyyələri əsasında qəbul edilən qərarlar cəmiyyət tərəfindən etimadla qarşılansın. Bu istiqamətdə təcili addımlar atmağa ehtiyac var. Həbs yerlərində, koloniyalarda insanların həyatına təhlükəni aradan qaldırmaq üçün siyasi məhbuslar və xırda əməllərə görə, təsadüfü hadisələr görə həbs edilmiş insanlar, yaxud müddəti az qalmış məhbusların hamısı azadlığa buraxılmalıdır. İkincisi, ümumiyyətlə bu xəstəliklə bağlı karantinin şərtləri bütün vətəndaşlara bərabər şəkildə tətbiq edilməlidir. Ayrıseçkilik olmamalıdır. Üçüncüsü, əhalinin əksər hissəsinə xüsusən də sosial ehtiyacı olan hissəsinə çox təcili, ciddi yardım göstərilməlidir ki, insanlar evdə otura bilsinlər. Karantində ikiqat zərbəyə məruz qalmasınlar. Bu baxımdan görüləsi işlər var. Hakimiyyət də başa düşür ki, koronavirus nəticəsində və tətbiq edilən karantin nəticəsində cəmiyyətlə öz arasında məsafə daha da arta bilər. Bu hakimiyyət üçün təhlükə törədə biləcək səddə qədər arta bilər. Ona görə də hakimiyyətin çox ciddi və eyni zamanda düzgün addımlar atmasına ehtiyac var. Bunun da yolu dediyim kimi, ictimai müzakirələrdən, vahid komitənin yaradılmasından, birgə qərarların alınmasından keçir.

Samir Kazımlı
Samir Kazımlı

Samir Kazımlı: Karantin müddətində siyasi motivli həbslərin, təzyiqlərin olduğunu müşahidə edirik

Öz növbəsində hüquq müdafiəçisi Samir Kazımlı deyir ki, bu virusa qarşı görülən tədbirlərdə əsas prioritet insanların sağlam, təhlükəsiz olmasıdır, eyni zamanda insan hüquq və azadlıqlarına da hörmət edilməlidir.

Yəni karantin qaydaları sərtləşdikcə, dövlət də vətəndaşlara dəstəyini artırmalıdır.

“Məsələn, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə məhkum edilmiş, səhhətlərində ciddi problemlər olan məhbusların və xüsusi olaraq siyasi məhbusların həyatına yarana biləcək təhlükəni nəzərə alaraq onları həbsdən buraxmalıdır. Amma təəssüf ki, karantin müddətində siyasi motivli həbslərin, təzyiqlərin olduğunu müşahidə edirik. Əgər real durumla bağlı hökumət karantin tədbirlərini sərtləşdirirsə, virusun daha çox yayılmaması, qarşısının alınması üçün karantin qaydalarına əməl etmək lazımdır. Amma bu zaman insanların sosial problemləri də dərinləşə bilər. Ona görə də dövlətin insanlara sosial dəstəyi karantin qaydalarına adekvat olmalıdır. Yəni karantin qaydaları sərtləşdikcə, dövlət də vətəndaşlara dəstəyini artırmalıdır. Həmçinin, dövlət bu məsələ ilə bağlı vətəndaş cəmiyyətinin, müstəqil mütəxəssislərin fikirlərini də öyrənməli, onlayn ictimai müzakirələr təşkil etməli və karantin müddətində insanların yaxşı, rahat yaşaması üçün tədbirlər görməlidir. Əks halda, insanlar pulsuz, çörəksiz qala, sosial problemlərin içərisində sıxıla bilərlər və bu da mənfi hallara gətirib çıxarada bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG