Accessibility links

`Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir` - tibb işçisi Könül Məmmədova ilə müsahibə


Dünya boyu mütəxəssislər koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işi davam etdirdiyi vaxt tibb mütəxəssisləri virusun səbəb olduğu COVİD-19-a yoluxmuş xəstələrin müalicəsində onlarla müxtəlif preparatdan istifadə edir. ABŞ-ın Konnektikut ştatında Qriniç xəstəxanasında çalışan tibb işçisi Könül Məmmədova COVID-19 qarşı vaksinin hazır olmadığı müddətdə yoluxmaların qarşısını almaq üçün sosial məsafə qaydalarına əməl edilməsi və maskaların ən effektiv qorunma üsulları olduğunu deyir. 10-dən artıqdır xəstəxanada çalışan Könül Məmmədova Amerikanın Səsinə müsahibəsində ağır xəstələrin müalicəsində tətbiq edilən son dərman preparatlardan və profilakrik tədbirlərdən danışıb.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası hələlik COVID-19-un müalicəsi üçün heç bir dərman preparatı və ya vaksini təsdiq etməsə də, xəstəliyin müxtəlif mərhələlərində istifadə edilən bəzi preparatların effektiv olduğu ilə bağlı məlumatlar verilir.

Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Könül Məmmədovanın sözlərinə görə, hələlik heç bir müalicə üsulunun rəsmi təsdiq olunmadığı şəraitdə “təcili hallarda” istifadə edən protokol qaydalarına əsasən, xəstələrə əvvəllər fərqli xəstəliklərin müalicəsində istifadə edilmiş müəyyən preparatların verilməsi tövsiyə oluna bilər.

Yenə də sosial distansiya ən effektiv qorunma üsullarından biridir. Maskalardan istifadə, maskalar vasitəsilə qarşıdakı insanların qorunması, yəni, xəstə insan onlara öz xəstəliyini keçirməməsinin ən effektiv üsulu budur.

“Təcili xəstələrə yardım göstərmək üçün bir protokol yaradılıb. İndi biz bu protokoldan istifadə edirik. Hansı xəstəyə hansı müalicənin daha uyğun olduğunu müəyyən etmək o xəstənin kliniki simptomlarından asılıdır. Əgər xəstənin qanında oksigen 92 və ondan aşağıdırsa, Remdesevir - virusa qarşı bir dərman var, ondan istifadə olunur və Dexamethasone-la 5-7 gün ərzində gündə bir dəfə verilir. Onunla bərabər simptomaik üsullardan da istifadə olunur. Qızdırmaya qarşı, öskürəyə qarşı dərman tətbiq olunur.”

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entonı Fauçı bu həftə bildirildiyinə görə, COVİD-19-a qarşı Rusiyada istehsal edilən peyvəndlə bağlı ciddı şübhələrini ifadə edıb. O, "National Geographic" jurnalı tərəfindən keçirilən müzakirələr zamanı vaksinlərin təhlükəsizliliyi və effektivliliyinin əhəmiyyətini xüsusi vurğulayıb. ABŞ ekspertləri vaksinin 2020-ci ilin sonları, 2021-ci ilin əvvəllərinə qədər hazır olacağına inanır. Könül Məmmədova bildrib ki, hələlik vaksinlərin olmadığı müddətdə sosial məsafə saxlanması və maskalar ən effektiv qorunma metodları hesab edilir.

“Yenə də sosial distansiya ən effektiv qorunma üsullarından biridir. Maskalardan istifadə, maskalar vasitəsilə qarşıdakı insanların qorunması, yəni, xəstə insan onlara öz xəstəliyini keçirməməsinin ən effektiv üsulu budur. Vaksinlər söz verilir ki, 2021-ci ilin əvvəlinə artıq tətbiq olunmağa hazır olacaq. Çox böyük işlər aparılır. Kanadada, Amerikada da. Üçüncü fazadadırlar. Bəzi ölkələrdə, məsələn, Rusiyada deyirlər ki, vaksin artıq tapılıb. Əgər intervyuya, mən əminəm siz baxmısınız, Fauçi qeyd etdi ki, vaksinin tapılması bir məsələdir, vaksinin effektiv olmağı isə başqa bir məsələdir. Vaksin çox yerdə tapıla bilər, amma onun effektivliliyini biz hələ bilmirik. Amma bütün bu tədqiqatlar göstərir ki, 2021-ci ildə vaksin artıq birinci tibb işçilərinə, sonra risk faktoru olan insanlara və yaşlılara verilə biləcək. Buna ümidvarıq. Amma o vaxta qədər ancaq sosial distansiya, 10 nəfərdən artıq olmayaraq qruplaşmaq, hətta 8 nəfərdən artıq olmayaraq, yəni ailə üzvlərinin qruplaşması normaldır. Amma yenə də bağlı yerlərdə maskalardan istifadə etmək lazımdır.“

COVİD-19 xəstə insanın öskürdüyü, asqırdığı və danışdığı zaman yaranan hava damlaları ilə ötürülən yoluxucu xəstəlikdir. Ekspertlər bu səbəblə maska taxılması, sosial məsafə saxlanması və əllərin tez-tez yuyulmasını virusun yayılmasının qarşısının alınmasında effektiv vasitələr hesab edir.

Con Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 20 milyondan çoxdur, xəstəlik nəticəsində həyatını itirənlərin sayı isə 760000-i keçir.

XS
SM
MD
LG