Accessibility links

OİK: Sosial mediaya nəzarət etmə cəhdləri düzgün mübarizə üsulu deyil


Onlayn İfadə Koalisiyası (OİK) Azərbaycan hökumətinin sosial medianı tənzimləmə cəhdlərini qətiyyətlə pisləyərək, bunun təhlükəli presedent yaratdığını bəyan edir. Koalisiya bildirir ki, Facebook sosial şəbəkəsi Bakıda baş verən son kütləvi etiraz aksiyalarından sonra sosial medianı məhdudlaşdırmaq haqqında daha dərindən düşünməyə başlamış hökumətin əsas “atəş hədəfi”ndədir: "Hakim partiyanın nüfuzlu deputatı Siyavuş Novruzov dünən mediaya verdiyi açıqlamasında bildirib ki, “vətəndaşların şərəf və ləyaqətini” qorumaq məqsədi ilə parlament sosial medianı tənzimləmək üçün hüquqi normalar qəbul etməlidir".

OİK-in bəyanatıdan deyilir ki, bu tənzimləmə ideyasının yaratdığı daha böyük təhlükə isə budur ki, bu baş tutarsa hakim rejim artıq bütünlüklə internetə nəzarət etmək barəsində düşünməyə başlayacaq. Bəyanatda habelə bu tip repressiv addımların prezidentin rəhbərlik etdiyi partiyanın builki prezident seçkiləri öncəsi müxalif fikirləri boğmaq strategiyasının bir hissəsi olduğunu vurğulanır:

"Cənab Novruzovun Facebook əleyhinə çıxışı hökumətin internetə nəzarəti ələ keçirmək məqsədi daşıyan narahatedici cəhdlərinin davamını təşkil edir.

Belə ki, bu il yanvarın 10-da MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmov onlayn televiziyaların ənənəvi və kabel televiziyalarından fərqli olaraq lisenziyasız fəaliyyət göstərməsini ədalətsizlik adlandıraraq, onlayn medianın da lisenziyalaşdırılmalı olduğu fikrini irəli sürmüşdü.

Fevralın 14-də isə Azərbaycan Mətbuat Şurasının nəzdində xəbər saytları və portallarına nəzarət edəcək komissiya yaradılıb. Bildirilənə görə, bu komissiya vətəndaşların onlayn mediada etik qaydaların pozulması barədə şikayətlərini, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı digər məsələləri araşdıracaq".

OİK bu addımları hökumətin internetdə ifadə azadlığını məhdudlaşdırmaq və vətəndaşları prezident seçkiləri ərəfəsində alternativ informasiya mənbələrindən məhrum etmək niyyəti hesab edir.

“İnternet açıq aşkar hücumlar altındadır. İnternet ölkədə yeganə alternativ informasiya mənbəyi olduğu üçün, rejim onlayn müzakirələri susdurmağın yollarını axtarır” deyə OİK-in təsisçi üzvü Emin Hüseynov bildirib.

OİK hökuməti onlayn medianı nəzarətdə saxlamaq istəyindən əl çəkərək ifadə və internet azadlığını təmin etməyə çağırır.

Onlayn İfadə koalisiyası Azərbaycan hökumətini internetlə bağlı siyasətini beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğunlaşdırmağa, internetin ictimai müzakirələr və ifadə azadlığı üçün açıq bir forum kimi qalmasını təmin etməyə çağırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG