Accessibility links

Elektron xidmətlər və elektron hökumət infrastrukturunun monitorinqinin nəticələri təqdim edilib [Video]


Elektron xidmətlər və elektron hökumət infrastrukturunun monitorinqinin nəticələri təqdim edilib
Elektron xidmətlər və elektron hökumət infrastrukturunun monitorinqinin nəticələri təqdim edilib

Müstəqil hüquqşünas Ələsgər Məmmədlinin Amerikanın Səsinə müsahibəsi

Dekabrın 21-də“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Azərbaycanda keçirdiyi elektron xidmətlər və elektron hökumət infrastrukturunun monitorinqinin nəticələrini ictimaiyyətə təqdim edib.

Təqdimat mərasimində çoxsaylı hökumət qurumları, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

2014-cü il dekabrın 1-dək Azərbaycanda 42 dövlət orqanı 449 elektron xidmət təqdim etməlidir.

Hesabatlda vətəndaş və biznes sektoru üçün əhəmiyyət kəsb edən 30 elektorn xidmətin monitorinqi əksini tapıb. Monitorinq nəticəsində məlum olub ki, 30 elektron xidmətdən 14-ü (47%) onlayn şəkildə istifadəçiyə çatır, 6-sı (20%) elektorn müraciət mərhələsinə kimi elektronlaşıb, 10-u (33%) isə informasiya mərhələsindədir və ya ümumiyyətlə elektron mühitdə təmsil olunmur.

“İnformasiya mərhələsində olan xidmətlərin əksəriyyəti sosial istiqamətli elektron xidmətlərdir. Halbuki biznes sektoru ilə bağlı elektron xidmətlər nisbətən yaxşı inkişaf edib”, deyə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin layihə koordinatoru Məhəmməd Muradov bildirib.

Monitorinqin problemlər və tövsiyyələr hissəsində deyilir ki, elektron xidmətlərin inkişafı ilə bağlı strateji, konseptual plan hələ də tam formalaşdırılmayıb. Elektron xidmətlərin maliyyə təminatı sahəsində qeyri-müəyyənlik, informasiya sistemləri və ehtiyatların inkişafında, informasiya sistemlərinin məlumat mübadiləsində baryerlər qalmaqdadır.

Muradov bildirib ki, vətəndaşların qeydiyyatı (pasport, şəxsiyyət vəsiqələrini dəyişmək, sürücülük vəsiqəsi əldə etmək, avtomobil nömrələrini onlayn sifariş vermək, qeydiyyatda olan vətəndaşlıq vəziyyəti sənədələrini əldə etmək), eləcə də sosial yönümlü elektron xidmətlərin inkişafı vətəndaşların həyatını daha da asanlaşdıra bilər. “Elektron Gömrük bəyannaməsinin tətbiqi, biznes lisenziyalarının elektornlaşdırılması, dövlət satınalmaları sahəsində elektron xidmətlərin inkişafı biznes mühitinin inkişafı üçün önəmli olardı”, o qeyd edib.

Bununla yanaşı ekspertlər elektron xidmətlər sahəsində irəliləyişlərə təkan vermək üçün xidmətlərin fəlsəfəsində dəyişikliklərin olmasını vacib sayır. “Burada vətəndaşlara xidmətdən danışılır. Amma xidmətlərin necə edilməsi, vətəndaşlara cavab verilməsi ilə bağlı da monitorinqə böyük ehtiyac var. Məmurların vətəndaşlara necə xidmət etməsi bu monitorinqdə əksini tapmalıdır”, müstəqil hüquqşünas Ələsgər Məmmədli qeyd edib.

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib ki, vətəndaşların müraciətlərinə operativ baxılmasında problemlər mövcuddur. “Elə müraciətlər var ki, dərhal baxılmalıdır. Müraciətlərə vaxtında baxılıb tədbir görülməməsi vətəndaşlar üçün problemlər yaradır. Əmək müqavilələrinin bağlanması müsbət addımdır. Bəzən əmək müfəttişləri lazımsız tələblər edir. Biz QHT olaraq nazirliyin daxili nəzarət qurumuna bununla bağlı şikayət edə bilmirirk”, o qeyd edib.

Müstəqil hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə deyir ki​, elektron xidmət dedikdə hələ müvafiq nazirliklərin, mərkəzi icra hakimiyyəti orqanlarının təqdim etdiyi xidmətlərin üzrəində iş gedir.Bu istiqamətdə son bir ildə xüsusilə 2012-ci ilin yarısından ciddi şəkildə cəhdlər görünür.

“Əlbəttə ki uzun bir yol lazımdır getmək üçün.Çünki ən böyük problemlərdən biri hansı son tarixdə bunların tamamilə elektronlaşacağa dair təqvimin olmamasıdır.İstər istəməz sual yaranır.Məsələn vətəndaşlara lazım olan xidmətlər nədənsə zaman –zaman daha gec təqdim olunur.Amma vətəndaşların öhdəliklərindən doğan xidmətlər ,vergi kimi, sosial müdafiə sistemi kimi, ya da iş adamlarının öhdəliklərindən doğan xidmətlər operativ aparılır.Bu baxımdan burada da disbalans məncə aradan qaldırılmalıdır.”deyir Ələsgər Məmmədli

Elektron xidmətlərin inkişafı ölkədə şəffaflığın yaranmasna kömək edirmi sualına cavab olaraq Ə.Məmmədli hesab edir ki, elektron xidmətlərə keçid ümumiyyətlə dövlət xidmətinin elektron formada göstərilməsi və elektron formaya keçid bir nömrəli xidmət iddiası şəffaflıqdır.Eyni zamanda korrupsiya və rüşvət imkanlarının minumuma endirilməsidir.

Elektron xidmətlər və elektron hökumət infrastrukturunun monitorinqinin nəticələri təqdim edilib
please wait

No media source currently available

0:00 0:04:41 0:00

XS
SM
MD
LG