Accessibility links

Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlər keçirəcək


Azərbaycan, Rusiya və Qazaxıstan HDQ təlimləri
Azərbaycan, Rusiya və Qazaxıstan HDQ təlimləri

Bu barədə Rusiya silahlı qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi bildirib

Bu il Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri planlı birgə təlimlər keçirəcəklər. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi İqor Qorbul TASS agentliyinə bildirib.

Xəzəryanı dövlətlərin üçtərəfli təlimləri ilk dəfə və 2015-ci il iyun-iyul aylarında Xəzər dənizinin orta hissəsində keçiriləcək.

Rusiya Hərbi Dəniz Qüvvələri üç yeni gəmi ilə təmsil olunacaq: “Mahaçqala” kiçik artilleriya gəmisi, “Qrad Sviyajsk” və “Uqliç” kiçik raket gəmiləri.

"Birgə təlimlər zamanı üç ölkənin hərbi dəniz qüvvələrinin gəmiləri dəniz kommunikasiyası və rayonlarının müdafiəsi üzrə tapşırıqları yerinə yetirəcək, birgə üzmə və manevretmə elementərini məşq edəcək, dəniz, hava və sahil hədəflərinə artilleriya zərbəsi endirməklə tək və birgə hərbi tapşırıqları yerinə yetirəcəklər", İqor Qorbul bildirib.

Hərbi tapşırıqlarla yanaşı gəmilərin ekipajları axtarış-xilasetmə təminatı, qəzaya uğrayan gəmiyə yardım göstərilməsi üzrə təlimlər keçirəcəklər.

XS
SM
MD
LG