Accessibility links

Fabrikdə partlayış olub, 2 nəfər ölüb


Xırdalanda partlayış
Xırdalanda partlayış

Partlayış qazanxanada olub

Xırdalan şəhərində yerləşən fabrikin qazanxanasındakı partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuatini məlumatına görə, yanvarın 6-da Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasındakı qazan partlayıb. İlkin məlumatlara əsasən, partlayışa səbəb buxarın normadan artıq yığılması olub.

Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG