Accessibility links

Avropa Oyunları məşəlinin Bakıya gələcəyi gün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


Məhdudiyyət iyunun 7-də tətbiq olunacaq

İyunun 7-də I Avropa Oyunları məşəli Bakıya qayıdacaq və iyunun 12-də keçiriləcək açılış mərasimindən əvvəl Bakıda və yarışların keçiriləcəyi obyektlərdə beş gün ərzində tədbirlər təşkil olunacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən Apayaverilən məlumata görə, bu tədbirlərlə əlaqədar olaraq, məşəl Bakıya çatanda, xüsusilə də 7 iyun tarixində bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Qeyd olunan tarixdə günün müxtəlif saatlarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı prospekt, küçə və yollar barədə detallı məlumat verildiyi bildirilir.

Əlavə edək ki, qeyd edilən yollarda yol polisi nəqliyyat vasitələrini alternativ yollara yönləndirəcək və həmin ərazilərdə parklanma səhər saat 08:00-dan gecə 00:15-dək qadağan olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG