Accessibility links

İran vətəndaşından heroin götürülüb


Narkotik vasitə gömrükçülər tərəfindən götürülüb
Narkotik vasitə gömrükçülər tərəfindən götürülüb

Bu barədə övlət Gömrük Komitəsi məlumat verir

Biləsuvar Gömrük İdarəsinin (Bakıdan 179 kilometr cənub) “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşları Akhıloo Shırzad Akbar və onun qardaşı Akhıloo Amır Akbar saxlanılaraq onların üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) məlumatına görə, şəxsi yoxlama zamanı Akhıloo Shırzad Akbarın daxili orqanı - düz bağırsağından, 6 ədəd bükümdə, ümumi xalis çəkisi 56,845 qram olan narkotik vasitə - heroin, digər bükümdə isə 5 ədəd həbdən ibarət “Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in II siyahısına daxil olan “bupronorfin" adlı dərman preparatı aşkar edilib.

Akhıloo Amır Akbarın isə daxili orqanı - düz bağırsağından, 7 ədəd bükümdə, ümumi xalis çəkisi 64,203 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG