Accessibility links

Masallı kəndlərini su basıb. 48 nəfər təxliyyə olunub


 Masallı kəndlərini su basıb
Masallı kəndlərini su basıb

Masallı rayonunun (Bakıdan 236 kilometr cənub) Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyyə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Məlumata görə, nazirliyin Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası cəlb olunmaqla Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.

İki gecə nazirliyin bütün yerli strukturlarının əməkdaşları İcra Hakimiyyəti ilə billikdə bu istiqamətdə iş aparıb.

Rəsmi məlumatlara görə, son günlər yağan intensiv yağışlar ölkənin cənub rayonlarında bir sıra fəsadlar törədib. Regiondakı Mişarçay çayının məcrasından çıxması nəticəsində sailboyu ərazilərdə yerləşən bir sıra iaşə obyekti su altında qalıb. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaq üçün ağır texnikanın köməyi ilə tədbirlər görür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG