Accessibility links

Bakıda dini icmada qanun pozuntuları aşkarlanıb


Baxış zamanı “Dini etiqad azadlığı haqqında” qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

DQİDK-nın mətbuat xidmətinin məlumatına görə, baxış zamanı “Dini etiqad azadlığı haqqında” qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Adıçəkilən ünvandan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat, 19 ədəd video-kaset, 27 ədəd DVD və 80 ədəd CD aşkar edilərək götürülüb.

Məlumatda deyilib ki, icmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.

XS
SM
MD
LG