Accessibility links

Salyanda ceyran ovlayan şəxslər tutulub


Salyanda ceyran ovlayan şəxslər tutulub
Salyanda ceyran ovlayan şəxslər tutulub

Faktla bağlı cinayət işi başlanıb

Salyan rayonunda (Bakıdan 127 kilometr cənub) ceyran ovlayan şəxslər tutulub.

Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına görə, Salyan rayon Polis Şöbəsi dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları - Salyan rayon Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16" markalı tüfəng aşkar edərək götürüb. Hər 3 şəxs tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

XS
SM
MD
LG