Accessibility links

Saatlı Su Kanal idarəsinin rəisinin meyiti tapılıb


Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər

Dekabrın 31-də Saatlı Su Kanal idarəsinin rəisi Üzeyir Kazımovun meyiti tapılıb.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, Ü. Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Bildirilir ki, dekabrın 30-u saat 21 radələrindən sonra Ü. Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, dekabrın 31-i səhər asılmış vəziyyətdə tapılıb.

Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər.

Saatlı hüquq –mühafizə orqanları faktla bağlı açıqlama verməyiblər.

XS
SM
MD
LG