Accessibility links

Dollar bahalaşıb


Ölkədə valyuta qıtlığı yaşanır, ekspert durumun daha da pisləşəcəyini bildirir

Yanvarın 5-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.

Bununla yanaşı, artıq 2016-cı ilin noyabrından başlayaraq ölkədə dollar və avro qıtlığı yaşanır.

Fins.az saytıının məlumatına görə, yanvarın 5-də Azərbaycanda yalnız bir kommersiya bankı 100 dollar, digər bir bank isə hava limanında uçuş bileti olan şəxslərə 100 dollar satdığını bildirir.

Bugünkü hərracın yekunları ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Mərkəzi Bank yenə hər hərracda tələbdən dəfələrlə az valyuta çıxartmaqda israrlı görünür.

“Bu addım qara bazarı təşviq edəcək, rəsmi məzənnə önəmini itirəcək. Mərkəzi Bankın əsas işi sərbəst valyuta alış-satışının bərpası olmalıdır, yoxsa qiymətlər daha sürətlə artacaq, mağazalar, apteklər getdikcə boşalacaq, olan-qalan investorlar da ölkədən gedəcək, rəsmi məzənnə ilə real məzənnə arasında fərq böyüyəcək”.

Ekspert hesab edir ki, Mərkəzi Bank 4%-lik, artıq mənasını itirmiş məzənnə marjını ləğv etməli, banklara sərbəstlik verməli, valyutadəyişmə məntəqələrinin yenidən açılmasına şərait yaratmalıdır.

“Başqa yol yoxdur, ölkəni məzənnə siyasətində Türkmənistana, Özbəkistana çevirmək olmaz, bu daha təhlükəlidir...”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG