Accessibility links

Quba Rayon məhkəməsi sədri Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə qərara münasibəti


Quba Rayon məhkəməsi
Quba Rayon məhkəməsi

“Quba rayon Məhkəməsi 2009-cu ildə çıxardığı qərara əsasən Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul edib”.

Bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov Quba rayon məhkəməsinin N.Bayramzadənin xalasından alınaraq atasına verilməsi haqda qərarına münasibətində bildirib.

Məhkəmə sədrinin sözlərinə görə, bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin 2009-cu il qərarını qüvvədə saxlayıb.

Hakin deyib ki, qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib:

“Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim bildirib.

Yanvarın 6-dan sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsiylə bağlı görüntülər yayılıb. Həmin görüntülərdə atasının və məhkəmə icraçılarının uşağa zorakılıq göstərdiyi əks olunub.

Deputat V.Əhmədov Azadlıq radiousuna məhkəmə icraçılarının hərəkətlərinə görə cəzalandırırlmasının vacibliyi barədə açıqlama verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG