Accessibility links

Azərbaycanda silah-sursat alveri edən şəxslər tutulub


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb

Azərbaycanda silah-sursat alveri edən şəxslər tutulub.

Bu barədə yanvarın 14-də Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən tutulub.

Polis həmin şəxsin əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunduğunu bildirir.

DİN açıqlamasında vurğulanib ki, Zeynalabdin Əzimov ilkin ifadəsi zamanı odlu silah-sursatı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyini və sataraq gəlir əldə etmək istədiyini etiraf edib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah-sursat satışı ilə məşğul olan daha bir şəxs saxlanıb, məlumatda deyilir: “Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG