Accessibility links

Nüsrət İbrahimov: Sökülən evlər ya sığortalanmalı, ya da dövlət qarantiyası verilməlidir [Video-müsahibə]


Nüsrət İbrahimov: Sökülən evlər ya sığortalanmalı və ya dövlət qarantiyası verilməlidir
please wait

No media source currently available

0:00 0:05:21 0:00

MBA LTD şirkətinin rəhbəri Amerikanın Səsinə söküləcək evlərdən danışıb

MBA LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov Amerikanın Səsinə müsahibəsində Bakının baş planı və qəzalı evlərin sökülüb yenidən tikilməsi ilə bağlı yaranan problemlərdən danışıb.

Amerikanın Səsi: Bakı şəhərində son dövrlər vətəndaşların şəxsi mülkiyyətində olan evlərin sökülüb yerində yeni binaların tikintisinə start verilib. Burada Bakının baş planı nəzərə alınıb?

Amma, məndə olan məlumata görə, baş plan bu günə qədər hələ təsdiq olunmayıb.

Nüsrət İbrahimov: Yəqin ki, baş plan nəzərə alınıb. Amma məndə olan məlumata görə, baş plan bu günə qədər hələ təsdiq olunmayıb. Amma layihə formasında işlənilib. Ona görə də deyərdim ki, baş plan ola bilsin ki, nəzərə alınıb. Amma ərazilər üzrə müfəssəl planlar işlənilib. Yəqin ki, söküntülər və yeni tikintilər müfəssəl plana uyğundur.

Amerikanın Səsi: Söküləcək beş mərtəbəli evlərin yerində 15-16 mərtəbəli binaların tikilməsi ilə bağlı layihələr nümayiş etdirilir. Sizcə, bu qədər böyük binalara köhnə kommunikasiya infrastrukturu cavab verə biləcək? Bu infrastrukturlar yenilənəcəkmi?

Hazırki kommunikasiyalar Sovet dövründən qalıb. Yeni binalarda yarana bilən təzyiqlərə həmin kommunikasiyaların dözməsi çətindir.

Nüsrət İbrahimov: Təbii, infrastruktur yenilənməlidir. Ölkə prezidentinin bu barədə göstərişi var. Sökülən ərazilərdə 4-5, 7 mərtəbəli binaların tikintisi nəzərdə tutulmalıdır. Amma təəssüf ki, bəzi hallarda çoxmərtəbəlilər tikilir. Söz yox ki, orada kimmunikasiyalar təzələnməlidir. Hazırki kommunikasiyalar Sovet dövründən qalıb. Yeni binalarda yarana bilən təzyiqlərə həmin kommunikasiyaların dözməsi çətindir. Ona görə də kommunikasiyalar təzələnməlidir. Özü də mərkəzləşmiş şəkildə təzələnməlidir. Lokal formada yenilənməməlidir.

Amerikanın Səsi: Bakının 1-ci mikrorayonunda vətəndaşların şəxsi mülkiyyətində olan mülklərin sökülməsi, orada tikintinin özəl şirkətlər tərəfindən aparılması ilə bağlı Nazirlər Kabineti qərar imzalayıb. Bu qərar konstitusiyaya nə qədər uyğundur?

Həm tikinti normalarına, standartlarına cavab versin, həm də şəhərin gözəlliyinə xələl gətirməsin. Bu halda o layihəni alqışlamaq olar.

Nüsrət İbrahimov: Qərarı mən də oxudum. Qərarda yazılıb qəzalı vəziyyətdə olan binaların söküntüsü aparılacaq. Əgər qəzalı vəziyyətdə olan binaların söküntüsündən söhbət gedirsə, təbii ki, bunun hüquqi qüvvəsi var. Qaldı ki, vətəndaşların mənzillərinin sökülməsinə, təbii ki, orada fransız layihəli binalar dayanır. Fransız layihəli binaların da fiziki və mənəvi, həm də funksional baxımdan zamanı keçib. Günün tələbinə cavab vermir. Ona görə də, o binaların ola bilsin ki, seysmik dayanıqlığı da olmasın. Bu baxımdan binaların sökülüb, yerində yeni binaların tikilməsi məsələsi gündəlikdədir. Mən deyərdim ki, yaxşı qərardır. Amma təbii ki, yerində tikilən yeni binalar baş plana uyğun tikilsin və günün tələbinə cavab versin. Həm tikinti normalarına, standartlarına cavab versin, həm də şəhərin gözəlliyinə xələl gətirməsin. Bu halda o layihəni alqışlamaq olar.

Amerikanın Səsi: Vətəndaşların evləri sökülür. Bəs, sökülmüş evlərin müqabilində girov qoyulur? Evlər tikilib sahibinə qaytarılmazsa özəl şirkətlər və hökumət hansı məsuliyyət daşıyacaq?

İkisindən biri olmalıdır, ya sığorta, ya dövlət qarantiyası. Əgər bunlar olmasa orada risk amili ortaya çıxır. Vətəndaş artıq risk qarşısında qalır.

Nüsrət İbrahimov: Tərəflər arasında müqavilə bağlanmalıdır. Ondan sonra bu müqavilə predmeti sığortalanmaldır. Çünki, qarşı tərəflərin vəzifə və hüquqları həmin müqavilədə göstərilir. Bu hüquqlar, vəzifələr sığortalanmalıdır. Əgər sığortalanmırsa, əks halda orada dövlət layihəsi olduğundan heç olmasa dövlət qarantiyası olmalıdır. İkisindən biri olmalıdır, ya sığorta, ya dövlət qarantiyası. Əgər bunlar olmasa orada risk amili ortaya çıxır. Vətəndaş artıq risk qarşısında qalır. Ola bilsin ki, vətəndaşa müqavilədə bir sahə və ya bir mənzil söz verilsin, amma nəticədə başqa bir sahə verilsin və ya heç verilməsin. Bu hal da ola bilər. Ona görə də müqavilə şərtləri sığortalanmalıdır və yaxud dövlət qarantiyası olmalıdır. Daha doğrusu, dövlət qarantiyası olsa daha yaxşı olar. Çünki bu dövlət sosial tipli bir layihədir. Həm də layihənin təşəbbüskarı dövlətdir, Nazirlər Kabineti qərar qəbul edib. Ona görə də burada riskdən qorunmaq üçün dövlət qarantiyası və ya sığorta olmalıdır.

Amerikanın Səsi: Sakinlər köçürülərkən onların mənzillərindəki mebellər və digər məişət avadanlıqları ilə bağlı hər hansı kompensasiya nəzərdə tutulmayıb. Eyni zamanda, sakinlərə mövcud mənzil sahəsinin cəmi 10 faizi qədər artıq mənzil sahəsi veriləcək. Bu nə qədər ədalətlidir?

Vətəndaşlar bir mənzildən başqa mənzilə köçən vaxtı mebellərin demək olar ki, 50 faizi ya qırılır və ya yararsız hala düşür.

Nüsrət İbrahimov: “Torpaqların dövlət satınalmaları haqqında” qanunda kompensasiya nəzərdə tutulub. Əgər vətəndaşalrın yaşadıqları ərazi dövlət satınalmaları layihəsinə daxil edilərsə, onda kompensasiya nəzərdə tutulub. Amma, burada dövlət satınalmalarından söhbət getmir. Sadəcə olaraq qəzalı evlərin yenilənməsindən söhbət gedir. Məncə, bu məsələ də yəqin ki, öz həllini tapar. Çünki, vətəndaşlar bir mənzildən başqa mənzilə köçən vaxtı mebellərin demək olar ki, 50 faizi ya qırılır və ya yararsız hala düşür. Ona görə, bu məsələ də aktual məsələdir. Dövlət bu məsələnin də üzərində fikirləşməlidir.

XS
SM
MD
LG