Accessibility links

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərilib


Sərhəd
Sərhəd

Külli miqdarda qaçaq malın Azərbaycanın dövlət sərhədindən keçirildiyi bildirilir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinin məlumatına görə, Cəlilabad rayonunun Bayxanlı kəndi (bakıdan 211 kilometr cənub) ərazisində İrandan iki nəfər şəxs Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərib.

"Təqib olunan sərhəd pozucuları sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, üzərilərində olan qaçaqmalı ataraq, havanın qaranlıq olmasından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut "T-DOOL", 300 konvolyut "Pregabalin", 930 konvolyut "FOX DOL", 30 konvolyut "Methadone", 500 konvolyut “T-DOLL 200 ml", 1000 ədəd "Mydrax" markalı psixotrop preparatları və 15 qram tiryək aşkar olunaraq götürülüb", məlumatda qeyd edilir.

DSX bildirir ki, sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə qarşı tərəf məlumatlandırılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG