Accessibility links

Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub [Video]


ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub
please wait

No media source currently available

0:00 0:02:35 0:00
ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub
ABŞ-ın yardımı ilə inşa olunmuş Laçın rayon Çıraqlı kənd orta məktəbinin açılışı olub

Oktyabrın 3-də ABŞ-ın maliyyə yardımı ilə Abşeron rayonunun Masazır qəsəbəsində Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa edilən yeni məktəb binasının açılışı olub.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta, Nazirlər Kabinetinin şöbə müdiri, Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədr müavini, Laçın rayon icra hakimiyyətinin başçısı, Təhsil Nazirliyinin məsul əməkdaşı iştirak edib.

ABŞ səfiri Robert Sekuta ilk öncə Las-Veqasda baş verən faciə ilə bağlı ABŞ-ın hüznünə şərik olduğuna və baş sağlığına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

“Orada baş vermis hadisə çox dəhşətlidir. Bir nəfərin törətdiyi qanlı bir faciə idi. Amma həyatda insan yıxıldıqdan sonra, pis bir hadisə baş verdikdən sonra özümüzdə cəsarət tapıb ayağa durmalıyıq və həyatımızı davam etdirməliyik”, səfir qeyd edib.

Sekuta çıxışının davamında yeni məktəbin Laçın rayonundan olan məcburi köçkünlərin təhsil məsələsinin həllinə kömək edəcyini bildirib.

Səfirin sözlərinə görə, bu ABŞ Müdafiə Departamentinin humanitar yardım proqramı vasitəsilə Azərbaycanda həyata keçirilən 16-cı məktəb layihəsidir.

“On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilib. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla, 22 humanitar yardım layihəsi üçün 5 milyon dollarayırıb”, səfir Sekuta qeyd edib.

Səfir həmçinin deyib ki, bu məktəbin tikintisi də digər layihələr kimi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına ABŞ-ın sadiqliyinin bariz gösətricisidir.

“Eyni zamanda, ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi münaqişə tərəflərini bir araya gətirərək həlli həddən artıq uzanmış Dağlıq Qarabağ problemini dinc yolla həll etmək yolları üzrə öz fəaliyyətini durmadan davam etdirir”.

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Çıraqlı kəndinin sakinləri üçün 350 nəfərlik yeni məktəbin inşasında göstərdiyi yardıma görə ABŞ hökumətinə təşəkkür edib.

Sonra ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusunun nümayəndəsi məktəbin rəmzi açarını təqdim edib.

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanıb. 1992-ci ildən ABŞ-la Azərbaycan arasında ikitərəfli əlaqələr yaranıb. ABŞ hökuməti inidiyədək Azərbaycana 1,3 milyard dollardan çox humanitar yardım edib.

XS
SM
MD
LG