Accessibility links

Tallində Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti konfransı işinə başlayıb


Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətlərinin konfransı
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətlərinin konfransı

Oktyabrın 25-də Tallində "İnsanlar üçün real nəticələr: 2020-ci ildə və daha sonra Şərq Tərəfdaşlığı necə olacaq?" mövzusunda Avropa İttifaqı tərəfindən keçirilən konfransda Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti institutlarının qarşılaşdığı problemlər müzakirə olunur.

Turan agentliyinin müxbirinin Tallindən verdiyi məlumata görə, konfransın açılışında qeyd olunub ki, QHT-lərin dövlətin sabitliyini pozmaq cəhdlərində ittiham olunduğu ölkələr var. Bildirilib ki, QHT-lərə hücumlar olan ölkələr demokratik hesab oluna bilməz.

QHT-lərin dövlətin sabitliyini pozmaq cəhdlərində ittiham olunduğu ölkələr var. QHT-lərə hücumlar olan ölkələr demokratik hesab oluna bilməz.

Açılış mərasimində iştirak edən Estoniya prezidenti Kersti Kalyulayd bildirib ki, hökumətlərin və vətəndaş cəmiyyətlərinin əməkdaşlığı dövlətin sabit inkişafına zəmanət verir.

"Vətəndaş cəmiyyətinin fəaliyyəti hökumətin işini asanlaşdırır. QHT-lər inkişaf üçün əlavə addımlarla bağlı məsləhət verir, problemlərin həllinə öz töhfəsini verir. Bu, işin təşkilinin çox əlverişli yoludur", o bildirib.

Belarusun "Vesna" Hüquq Müdafiə Mərkəzi qrupunun rəhbəri Ales Belyatski öz növbəsində bildirib ki, Avropa İttifaqı inteqrasiyaya daha çox hazır olan ölkələr kimi Ukrayna, Gürcüstan və Moldova barəsində Marşal Planına bənzər proqram qəbul etməlidir. Onun sözlərinə görə, bu, Azərbaycan, Ermənistan, Belarus üçün yalnız açıq cəmiyyətin yardım ayrılmasının zəmanəti ola biləcəyi barədə siqnal olardı.

Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini öz video-müraciətində qeyd edib ki, Brüsseldə QHT-lərin bənzər şərtlərlə işlədiyini bilirlər.

"Vətəndaş cəmiyyəti korrupsiyaya qarşı mübarizə və KİV azadlığının təmin edilməsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün çalışır", o qeyd edib.

Turanın difər xəbərində isə deyilir ki, Azərbaycan və Gürcüstan QHT-lərinin nümayəndələri konfransın yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Buna bəyannamənin Aİ-yə münaqişə zonalarında işləyən QHT-lərin birbaşa maliyyələşdirilməsi haqqında tövsiyələr nəzərdə tutan bəndi səbəb olub.

Azərbaycan və Gürcüstan nümayəndə heyətləri hesab edirlər ki, bu maddə separatçı rejimlərdə QHT-lərin Aİ-dən birbaşa maliyyə yardımı almasına xidmət edir.

Azərbaycan və Gürcüstan nümayəndə heyətləri hesab edirlər ki, bu maddə separatçı rejimlərdə QHT-lərin Aİ-dən birbaşa maliyyə yardımı almasına xidmət edir.

Amma Azərbaycan və Gürcüstan nümayəndə heyətləri bu bəndi bəyannamə mətnindən çıxartdırmağa müvəffəq olmayıb. Konfransda iştirak edən cəmi 66 nümayəndə bəndin mətndən çıxarılmasının lehinə səs verib. Buna cavab olaraq hər iki nümayəndə heyəti bütünlükdə yekun bəyannamə mətni üzrə səsvermədə iştirakdan imtina etmək barədə razılığa gəlib.

XS
SM
MD
LG