Accessibility links

Saatlıda uşaq bağçası və tibb məntəqəsinin açılışı olub


Saatlıda tibb məntəqəsinin açılışı
Saatlıda tibb məntəqəsinin açılışı

Oktyabrın 27-də ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində Saatlı rayonunun Kamallı və Əlisoltanlı kənd sakinləri yeni tibb məntəqəsinin və təmir olunmuş uşaq bağçasının açılışını qeyd edib. Tədbirdə ABŞ səfirinin həyat yoldaşı xanım Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, Saatlı rayon icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

USAİD-in məlumatıan görə, layihələr USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

Saatlıda uşaq bağçasının açılışı
Saatlıda uşaq bağçasının açılışı

ABŞ-ın sponsorluğu ilə EWMI təşkilatının göstərdiyi texniki dəstək sayəsində Kamallı sakinləri yerli və regional hökumət orqanları ilə işləyərək köhnə bir otaqlı məntəqəni icmanın tibbi xidmətlərə ehtiyacını qarşılaya biləcək yeni tibb məntəqəsi ilə əvəzlədilər. Bir müayinə otağından və bir gözləmə dəhlizindən ibarət yeni məntəqə Kamallı və qonşu kəndlərdən 2 000-dən çox sakinin gündəlik tibb xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Əlisoltanlı kəndində sakinlər yerli uşaq bağçasını tamamilə təmir edib və uşaqların ehtiyaclarını qarşılamaq üçün əlavə iki otaq tikiblər. Yeni təmirdən çıxmış bağça 70-dən çox uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. Bu daha möhkəm tədris mühiti daha çiçəklənən Azərbaycan qurmağa öz töhfəsini verəcək.

USAİD EWMI təşkilatı vasitəsilə ABŞ və Azərbaycan 95 icmada 158 000-dən artıq insanın faydalana biləcəyi 107 icma layihəsi həyata keçirib.

XS
SM
MD
LG