Accessibility links

Kərə yağın gömrük rüsumu üç dəfə azaldılıb


Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal edilən kərə yağı və süddən hazırlanan digər yağlar üçün gömrük rüsumları üç dəfə azaldılıb.

Bundan öncə həmin məhsullar üçün rüsumlar onların gömrük dəyərinin 15%-i qədər idi.

Qərar KİV-də dərc edildikdən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Sözügedən tədbir son zamanlar kəskin bahalaşan yağların qiymətinin enməsinə yönəldilib.

Oktyabrda ekspertlərlə, əsasən Natiq Cəfərli ilə Gömrük Komitəsi arasında kərə yağının qiymətinin əsassız olaraq baha olması ilə bağlı mübahisələr olub. Ekspert Gömrük Komitəsini yağ idxalına inhisarın olmasında ittiham edib.

N.Cəfərli Azərbaycanda və Gürcüstanda Yeni Zelandiya yağının qiymətində təxminən 40% fərqin (müvafiq olaraq 18 və 10 manat) olmasının səbəblərinə aydınlıq gətirilməsini tələb edib.

Nazirlər Kabinetinin qərarından sonra N.Cəfərli Facebook səhifəsində yazıb ki, "hazırda həll edilməmiş bir məqam qalır: rəqabətli və ədalətli mühitin yaradılması".

XS
SM
MD
LG