Accessibility links

Rövşən Ağayev: Zəngin Azərbaycan və yoxsul Gürcüstanda büdcə müzakirələri...


Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev Azərbaycan və Gürcüstan dövlət büdcəsindən adambaşına düşən vəsaiti, eləcə də sosial müdafiə fondlarının vəsaitlərini, səhiyyə və sosial müdafiəyə ayırmaları müqayisəli təhlil edib.

Onun facebook səhifəsində dərc etdiyi “Zəngin Azərbaycan və yoxsul Gürcüstanda 2018-ci ilin büdcə müzakirələri...” başlığılı məqaləsini təqdim edirik.

Gələn il üçün Sosial Müdafiə Fondunun büdcəsi ilə birlikdə Azərbaycanın dövlət büdcəsinin xərcləri 22.3 milyard manat, hazırkı məzənnə ilə 13 milyard USD proqnozlaşdırlır. Bu, adambaşına təxminən 1340 USD edir.

Gürcüstanın dövlət büdcəsi isə təxminən 12.5 milyard lari, hazıkı məzənnə ilə 4.9 milyard USD proqnoz edilir. Bu, adambaşına təxminən 1315 USD edir.

Göründüyü kimi, böyük neft pulları hesabına aldığı dəstəyə baxmayaraq, Azərbaycanın dövlət və Sosial Müdafiə Fondunun əhalinin hər nəfəri hesabı ilə 2018-ci ildə xərcləməyi planlaşdırdığı vəsaitin həcmi Gürcüstanla təxminən eynidir.

Amma səhiyyə xərcləri arasında böyük fərq var: Azərbaycanın dövlət büdcəsindən səhiyyəyə 740 milyon manat (450 milyon USD) xərc nəzərdə tutulur ki, bu adambaşına təxminən 45 USD-yə bərabərdir. Gürcüstanın dövlət büdcəsində isə 929 milyon lari (365 milyon USD) proqnozlaşdırılır ki, bu adambaşına 98 USD-yə bərabərdir. Göründüyü kimi fərq 2 dəfəyə yaxındır.

Azərbaycanın dövlət və Sosial Müdafiə Fondundan sosial müdafiə və təminata 4.5 milyard manat (2.650 milyard USD) nəzərdə tutulur ki, bu əhalinin hər nəfəri hesabı ilə 273 USD edir. Gürcüstanın dövlət büdcəsində isə təxminən 2.5 milyard lari (1 milyard USD) proqnozlaşdırılır ki, bu adambaşına 269 USD-yə bərabərdir - hər 2 ölkədə adambaşına sosial müdafiə xərci eynidir.

Azərbaycanın dövlət büdcəsindən təhsilə 2 milyard manat (1.170 milyard USD) xərclənəcək ki, bu hazırkı məzənnə ilə adambaşına 120 USD-yə bərabərdir. Gürcüstan isə təhsilə 1.2 milyard lari (470 milyon USD) və ya adambaşına 125 USD xərcləməi planlayır.

Belə müqayisələrə baxmaq lazımdır ki, şirin inkişaf nağılları ilə uzun və dərin yuxulara dalmayaq...

Fikirləriniz

Show comments

XS
SM
MD
LG