Dekabrın 6-da Vyanada keçirilən ikigünlük Vətəndaş Cəmiyyətinin Paralel Konfransı ATƏT rəhbərliyi ilə görüş və hüquq-müdafiəçilərinə tövsiyələr ilə başa çatıb.
ATƏT regionu hüquq müdafiəçilərinin illik görüşü - Vətəndaş Həmrəyliyi Platforması ənənəvi olaraq ATƏT sammitinə həsr olunub, ATƏT-in məlumatında deyilir.
Bu il terrorizm təhlükəsi ilə əlaqədar ATƏT ölkələrinin qəbul etdiyi təhlükəsizlik tədbirlərinin genişləndirilməsi zamanı insan hüquqlarının pozulmasına diqqət yönəlib.
Konfransın ilk günündə insan ölçüsü sahəsində ATƏT öhdəliklərinin yerinə yetirilməsi müzakirə olunub.
İkinci gün "avtokratiyalar"da (Rusiya, Türkiyə, Azərbaycan, Türkmənistan) və "demokratik ölkələr"də (ABŞ, Polşa, Macarıstan və İspaniya) insan ölçüsü üçün böhranlı vəziyyət müzakirə edilib.
Görüşün sonunda yekun sənəd qəbul olunub: "Vətəndaş cəmiyyətinin tövsiyələri 2017" və "Vətəndaş Həmrəyliyi Platformasının Vyana bəyannaməsi". Onlar ATƏT sədri, Avstriya xarici işlər naziri Sebastyan Kursa çatdırılacaq.
Xatırladaq ki, dekabrın 7-8-də Vyanada Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirləcək.