Accessibility links

Zəlihə Tahirova: Qadın məhbuslar kriminal məzmunlu ədəbiyyat istəyirlər [Video]


Zəlihə Tahirova: Qadın məhbuslar kriminal məzmunlu ədəbiyyat istəyirlər
please wait

No media source currently available

0:00 0:07:59 0:00

Zəlihə Tahirova: Qadın məhbuslar kriminal məzmunlu ədəbiyyat istəyirlər

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin həmsədri həbsxana kitabxanalarından danışıb

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin həmsədri Zəlihə Tahirova Amerikanın Səsinə müsahibəsində həbsxana kitabxanaları və məhbusların kitab seçimindən danışıb.

Amerikanın Səsi: “Həbsxana kitabxanaları” adlı layihə həyata keçirirsiniz. Layihənin əsas məzmunu nədən ibarətdir?

Zəlihə Tahirova: Əsas məqsəd məhbuslara dəstək və köməkdir. Layihə məhbusların hansı kitablara tələbatının olmasını müəyyən edir. Məsələn, məhbuslar hansı kitabları daha çox oxuyur? Qadın koloniyasında kriminal ədəbiyyata çox maraq var. Bizhəmin koloniyada monitorinq apardıq. Məhbus qadınlar istəyirlər ki, həbsxananın kitabxanasında daha çox kriminal ədəbiyyat olsun. Maraqldır ki, məhbus qadınlar sevgi-məhəbbətə, uşaqlara, sosial məsələlərə, siyasətə aid əsərləri istəmirlər. Qadınlar kriminallara aid ədəbiyyatı daha çox istəyirlər. Bu, çox maraqlıdır. Ümumilikdə, məhbusların maraqları müxtəlifdir. Məsələn, kimsə tarixi ədəbiyyatı çox istəyir, kimsə sosial problemlərə aid, kimsə siyasətə aid ədəbiyyata meyllidir. Qadınların Azərbaycanın siyasi proseslərində iştirakla bağlı ədəbiyyatı istəyənlər də var. Uşaq koloniyasında çox gözəl kitabxana var. Amma uşaqlar kitabları çox oxumurlar. Bu, pis haldır. Mənim ixtisasım müəllimədir. Ona görə yanıqlı deyirəm. Bizim sabahımız olan uşaqların kitablara meylinin az olması çox pis haldır. İstərdim koloniyada olan uşaqlar kitab oxumaqda aktiv olsunlar.

Amerikanın Səsi: Azərbaycanın həbsxanalarında kitabxanaların durumu necədir? Əsasən hansı kitablardan istifadə edirlər? Elektron kitabxanalara çıxış varmı? Bu sahədə hansı islahatlara ehtiyac var?

Zəlihə Tahirova: İslahatlar həmişə olmalıdır. Bu, təkamül prosesidir. Elektron kitabxana dediniz. Biz monitorinq edəndə həbsxana kitabxanalarının çoxunda kompüterlər və bəzi kitabxanalarda elektron kitablar gördük. Bu, çox yaxşı haldır.

Amerikanın Səsi: Yəni, kitabxanalarda İnternetdən istifadə edirlər?

Zəlihə Tahirova: Kitabxanalarada İnternetə çıxış yoxdur. Amma məhbusların kompüter otaqları var. Marağı olan məhbuslar kompüterlərə yerləşdirilmiş kitabları oxuyurlar.

Amerikanın Səsi: Məhbusların kitabxanalara əlçatımlılığı necədir? Bütün məhbuslar sərbəst vaxtlarında kitabxanalarda kitab oxuya bilirmi?

Zəlihə Tahirova: Bəli. Bu, şəxsin marağından asılıdır. Kitabları çox oxuyurlar. Tarix, ədəbiyyata aid, rus, ingilis, ərəb dillərində çoxlu kitablar var. Bütün həbsxanalarda məscid var. Məscidlərdə quran kitabları oxuyurlar. Bəzi savadlı məhbuslar ingilis dili, ərəb dili saatları təşkil edirlər.

Amerikanın Səsi: Həbsxanalarda monitorinq aparmısınız? Məhbuslar əsasən hansı kitabları oxuyurlar? Texniki, fəlsəvi, kriminal...

Zəlihə Tahirova: Təbii ki, məhbusların kriminal kitablara marağı var. Amma yenə təkrar edirəm, qadınların saxlanıldığı həbsxanada onlardan soruşdum ki, hansı kitabları istəyirlər. Təbiət, tarix, psixoloji. Dedilər ki, onları çox maraqlandıran kriminal kitablardır. Belə kitabları onlara çatdırmağı xahiş etdilər.

Amerikanın Səsi: Həbsxana kitabxanalarındakı kitabların tərkibi necədir? Avropa, Rusiya, Şərq ölkələrinin ədiblərinin, alimlərinin, yoxsa Azərbaycan ədiblərinin, alimlərinin kitabları çoxluq təşkil edir?

Zəlihə Tahirova: Azərbaycan alim və ədiblərinin kitabları çoxluq təşkil edir. Amma rus ədəbiyyatı da çoxdur. Avropa və Şərq ədəbiyyatı da çoxdur. Fəlsəfəyə, insan hüquqlarına aid kitablar da çoxdur. Qəzetlər də var. Qəzetləri də oxuyurlar.

Amerikanın Səsi: Həbsxana kitabxanaları hansı qəzetləri alır? Çünki şikayətlər olur ki, müstəqil qəzetləri ala bilmirlər.

Zəlihə Tahirova: Müstəqil qəzetlərin olmaması halları ilə son vaxtlar rastlaşmışam. Mən həbsxana rəhbərliyinə sual verdim ki, niyə belə qəzetlər yoxdur? Dedilər ki, sifariş etmək lazımdır. Çünki biz bütün qəzetlərə abunə ola bilmirik. Dedim ki, axı bunlar məhbusdur. Çoxu da kasıb insanlardır. Dedilər ki, humanitar təşkilatlar, hökumət yardım edə bilər. Demişəm ki, müstəqil qəzetlərin alınmasına kömək etmək lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG