Accessibility links

Məcburi köçkünlər Prezident Administrasiyasının qarşısında aksiya keçirib [Audio-müsahibə]


İyunun 12-də büdcə təşkilatlarında çalışmış bir qrup məcburi köçkün Prezident Administrasiyasının qarşısında aksiya keçirib.

Aksiya iştirakçıları 2107-ci ilin yanvarından dondurulmuş əmək haqlarının bərpa edilməsini və ya işlə təmin edilmələrini tələb edib. Etirazçıların nümayəndələri Prezident Administirasiyasının rəsmiləri tərəfindən qəbul edilib.

Aksiya iştirakçıları mülki geyimli şəxslər tərəfindən əhatəyə alınıb. Foto, video çəkilişinə imkan verilməyib.

Məcburi köçkünlər iyunun 5-də də eyni tələblərlə Nazirlər Kabinetinin qarşısında aksiya keçirib.

Aksiya iştirakçılarından Aynur Məmmədova Amerikanın Səsinə müsahibəsində bildirib ki, Füzuli rayonunda dörd kəndi birləşdirən tibb məntəqəsində işləyib.

“Hazırda işsizəm.Ötən ilin avqustunda Dövlət Qaçqınkomun qəbulunda oldum, işlə təmin olunacağımı bildirdilər. Amma, hələ də işlə təmin olunmamışam. Nə torpağımız azad edilir, nə də işlə təmin edilirik”, o qeyd edib.

Məmmədova iyunun 5-də etiraz aksiyası zamanı onları baş nazirin müavini Əli Əhmədovun qəbul etdiyini bildirib.

“Baş nazirin müavini bildirdi ki, araşdırmalar aparılır. Problemimiz həll olunacaq, maaşlarımız ödəniləcək. Amma hələ bir xəbər yoxdur”, o deyib.

Məmmədova etiraz edən insanların ehtiyac içində yaşadığını bildirib.

“Ehtiyac içində yaşayırıq, gəlirimiz, dolanışığımız yoxdur. Hamı yaşlı insanlardır”.

O, maaşları dayandrılmış insanların Nazirlər Kabinetini məhkəməyə verdiyini və müsbət cavab almadıqlarını deyib.

“Hazırda apellyasiya şikayəti hazırlayırıq”.

Məmmədova hesab edir ki, hökumət məcburi köçkünlərin maaşlarını bərpa edə bilər.

“İndi neftin də qiyməti bahalaşıb, dövlətimizin də gəlirləri çoxalıb”, o qeyd edib.

Azərbaycan hökuməti Dağlıq Qarabağ və ətraf rayonlarda büdcə təşkilatlarında işləmiş məcburu köçkün düşmüş insanların əmək haqlarını 2017-ci ilin yanvarınadək ödəyib. Onların sayı 7 min nəfərədək olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onların sayı 6 200 nəfərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG