Accessibility links

Zəhərlənənlərdən 12 nəfəri müalicəsini davam etdirir


İmişli rayonunda pambıq tarlasında zəhərlənən şəxslərdən hazırda 12 nəfəri xəstəxanada müalicəsini davam etdirir. Bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xudmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, zəhərləndiyindən şübhələnən 141 nəfər xəstəxanaya müraciət edib. Sözügedən 12 nəfərdən başqa qalanları ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Zəhərlənmənin səbəbləri hələlik məlum deyil. Götürülən analizlərin nəticəsi bir həftəyədək məlum olacaq.

İmişli xəstəxanasının baş həkiminin sözlərinə görə, 12 nəfərin vəziyyəti stabildir, narahatlığa əsas yoxdur.

Bundan öncə iyunun 16-da Tərtər rayonunda pambıq tarlasında 14 nəfər zəhərlənib. Onların dördü hələ də xəstəxanadadır.

İyunun 10-da Saatlı rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə baş vermişdi. Xəstəxanaya 24 nəfər müraciət etmişdi. Səhiyyə Nazirliyinin məlumatına görə, onların hamısı evə buraxılıb.

Bu rayonda baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

Sonrakı zəhərlənmələrlə əlaqəli də oxşar cinayət işlərinin açıldığı bildirilir.

XS
SM
MD
LG