Accessibility links

Pambıqçıların kütləvi zəhərlənməsilə əlaqədar beş nəfər həbs olunub


Pambıq sahəsi
Pambıq sahəsi

Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev vəzifəsindən azad edilib

Pambıq tarlalarında işçilərin kütləvi zəhərlənməsi ilə əlaqədar beş vəzifəli şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Əsasən “MKT İK” MMC Saatlı filialının direktoru Çingiz Gözəlov, həmin müəssisənin baş aqronomu Gülməmməd Küçiyev, sözügedən MC-nin direktoru Maarif Quliyev və baş aqronomu Surxaq Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyi Bitkilərin Mühafizəsi üzrə İmişli Rayon Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov həbs edilib.

Onlara qarşı CM-in 222.3 (tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalırının pozulması, ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi qaldırılıb.

Onlar tarlada çalışanları kimyəvi preparatların tətbiq edildiyi sahələrdə iş qaydaları ilə təlimatlandırmamaqda, kimyəvi maddələrin təsirinin başa çatma müddətinə əməl edilmədən adamların işə cəlb olunmasında, tarlalara kimyəvi maddələrin səpilməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasında ittiham olunurlar.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev vəzifəsindən azad edilib.

Həmçinin müəyyən edilib ki, bəzi şəxslər vətəndaşları kompensasiya almaq bəhanəsilə heç bir səbəb olmadan tibbi yardım üçün müraciət etməyə sövq edirlər. Həmin şəxslərin barəsində araşdırma davam edir.

Xatırladaq ki, iyunun 10-dan Saatlı, Tərtər. İmişli və Yevlax rayonlarında pambıq tarlalarında 200-dən çox adam kimyəvi maddələrdən zəhərlənib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG