Accessibility links

Xəzərin sahilində mühafizə zonasına düşən torpaqlarda monitorinq keçirilir


Xəzərin sahili hasarlanıb (Karikatura rəssam Gündüz İsmayılovundur)
Xəzərin sahili hasarlanıb (Karikatura rəssam Gündüz İsmayılovundur)

Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) ölkə boyu Xəzər dənizinin sahillərində monitorinq və reydlər keçirir. Bu barədə ƏMDK-nın iyulun 18-də yaydığı məlumatda deyilir.

Məlumata görə, montiroinq və reydlər dənizin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlıdır.

Məlumatda vurğulanır ki, reydlər nəticəsində Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilaşakar edilib.

Komitə sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirdiyini bildirir.

Çəpərlənən dəniz
Çəpərlənən dəniz

“Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Sahilboyu mühafizə zolağı torpaqlarında qanunsuz tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması aşkar edilib”.

Komitə bildirir ki,zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

Məlumata görə, Xətai rayonu Naximov küçəsində dəniz sahlinə torpaqlar tökülərək ərazilər genişləndirilib və bununla bağlı cinayət işi qaldırırlması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

Çəpərlənən dəniz
Çəpərlənən dəniz

ƏMDK bildirir ki, belə hallar vətəndaşların istirahət hüququnu pozmaqla yanaşı turizmin inkişafı baxımındandamənfi fəsadlara gətirir.

2016-cı ilin yanvarında Torpaq Məcəlləsinə dəyişikliklər olub, bununla bağlı qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir.

Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG