Accessibility links

Pirat dərsliklərin qaçaqmalçılığı ilə məşğul olan qrup tutulub


Azərbaycanın hüquq-mühafizə orqanları pirat dərsliklərin və test vəsaitlərinin qaçaqmalçılığı ilə məşğul olan bir qrup şəxsi həbs edib. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin məlumatında deyilir.

İstintaq zamanı müəyyən edilib ki, yeddi nəfərlik qrupa Şahmar Abdullayev başçılıq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 197.2 (əmtəə nişanlarından qanunsuz istifadə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.

Bakıda bir neçə ünvandan 510 min manat dəyərində pirat dərsliklər və test topluları aşkar edilərək götürülüb, məlumatda bildirilir.

Eyni zamanda, hüquq-mühafizə orqanları bu dərsliklərin nədən ibarət olduğunu, haradan gətirildiyini və ya harada hazırlandığını, necə satıldığını açıqlamır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG