Accessibility links

Arzu Ağazamanova: Hədəfimiz lider qadınların yetişməsini dəstəkləməkdir [Video-Müsahibə]


Arzu Ağazamanova: Hədəfimiz lider qadınların yetişməsini dəstəkləməkdir
please wait

No media source currently available

0:00 0:04:16 0:00

“Wowoman Azerbaijan” platformasının icraçı direktorunun Amerikanın Səsinə müsahibəsi

“WoWoman Azerbaijan” qadınların arzularına çatması, inkişaf etmələri üçün məkan və imkan yaradan platformadır. Bizim hədəfimiz lider qadınların yetişməsinə kömək etməkdir. Biz onlar üçün tədbirlər təşkil edirik. Bu il, 2018-ci il üçün ən böyük hədəflərimizdən biri yalnız Bakıda yox, Azərbaycanın digər rayonlarında fəaliyyətə başlamaq və qlobal olaraq platformamızın daha da böyüməsidir”.

Bu sözləri “Wowoman Azerbaijan” platformasının icraçı direktoru Arzu Ağazamanova Amerikanın Səsinə müsahibəsində bildirib.

Amerikanın Səsi: Bu layihə Azərbaycanda qadın liderlərin rolunu inkişaf etdirmək üçün hansı yardımlar göstərir?

Arzu Ağazamanova: Biz qadınların lider kimi yetişməsi üçün bir çox işlər görürük. Biz düşünürük ki, bunun üçün həm professional, həm də şəxsi inkişaf çox önəmlidir. Bunun üçün biz informasiya texnologiyaları, digital marketing, dizayn, idman, sağlamlıq və s. kimi sahədə tədbirlər təşkil etmişik və edirik. Qadınların lider kimi yetişməsi üçün ünsiyyət, təqdimetmə, kütlə önündə çıxış etmə bacarıqları çox önəmli olduğu üçün, bu sahədə bir çox proqramlar, kurslar təşkil edirik.

Amerikanın Səsi: Bu günə kimi hansı isləri görübsünüz?

Arzu Ağazamanova: “Wowoman Azerbaijan” platforması 3 il yarımdır fəaliyyət göstərir. Bu illər ərzində 250 dən çox tədbir təşkil etmişik. Burada həmçinin kurslar, seminarlar olub. Tədbirlərdə həm yerli, həm də beynəlxalq təlimçilər iştirak edib. Bu tədbirlərə 8 mindən çox xanım qatılıb. Bundan başqa bizim qapalı facebook qrupumuz var, 25 mindən çox xanım qrupun akitv üzvüdür. Bu xanımlarla biz hər gün motivasiya, uğurlarımız, arzularımız, karyera, səyahət və digər mövzularda müzakirələr aparırıq.

Amerikanın Səsi: Arzu xanım, bəs “WoWoman In Me” proqramı nədən ibarətdir?

Arzu Ağazamanova: “WoWoman In Me”-ni biz artıq ikinci dəfə həyata keçirəcəyik. Keçən il çox uğurlu alındığı üçün bu il də davam etdirmək qərarına gəldik. Bu layihə ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir. Bu layihəni bizim təsisçimiz Zara Hüseynova Stanford və Harvard universitetlərində treyninqlərdə iştirak edərkən öyrənib. Orada öyrəndiklərinin əsasında Azərbaycanda xanımların inkişafı üçün belə bir proqram yaratdı. Proqramda qadınlar 5 həftə ərzində intensiv olaraq ünsiyyət bacarıqları, komandanın idarə olunması, problemlərin həlli, - bu kimi bacarıqları inkişaf etdirir. Eyni zamanda layihələr yaradırlar, layihəni təqdim etməni, komandanı idarə etməyi öyrənirlər. Birinci layihə çox uğurlu alındı.

Amerikanın Səsi: Bu layihə Azərbaycanın regionlarında tanınırmı? Regionlarda layihənin işləməsi üçün hansı işlər görəcəksiniz?

Arzu Ağazamanova: Bu günə kimi Gəncə şəhərindəiki tədbirimiz olub. “Wowoman”la bağlı keçən il bir xanım müraciət etmişdi. O seçilmədi. Çünki o, Gəncədə yaşayırdı. Bu layihə sırf Bakıda yaşayan qadınlar üçün nəzərdə tutulmuşdu. Ancaq, o xanım hər şənbə avtobusa minib Bakıya gəlib təlimdə iştirak edib Gəncəyə qayıdırdı. Bu dəfə biz istisna etdik. Regionlardan olan 10 qadının yol xərci qarşılanacaq. Bu yaxınlarda bununla bağlı nəticələri açıqlayacağıq. Bu xanımlar həm özlərinin inkişafına çalışır, həm də “Wowoman”ı özlərinin yaşadığı şəhərdə açmaq istəyir.

XS
SM
MD
LG