Accessibility links

Məcburi köçkünlər Tbilisi prospektini bağlayıb


Məcburi köçkünlər Tbilisi prospektini bağlayıblar
please wait

No media source currently available

0:00 0:01:16 0:00

Məcburi köçkünlər Tbilisi prospektini bağlayıblar

Onlar mənzil problemlərinin həllini tələb edir

Sentyabrın 11-də bir qrup məcburi köçkün Bakıda Tbilisi prospektində nəqliyyatın hərəkətini dayandırıb. Etiraz köçkünlərin mənzil probleminin həll olunmaması ilə əlaqədar olub. Onlar səhər saatlarında Qaçqın ve Mecburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında toplaşıb. Lakin onları komitəyə qrup halında deyil, bir-bir buraxıblar. Əsəbiləşmiş köçkünlər məmurların davranışından hiddətlənib. Onlardan biri öz avtomobili ilə yola çıxaraq mərkəz istiqamətində Tbilisi prospektini bağlayıb. Digər köçkünlər də onu dəstəkləyib.

Məcburi köçkünlər yolu bağlayıb
Məcburi köçkünlər yolu bağlayıb

Polis əməkdaşları sürücüdən yolu açmağı tələb edib. O imtina etdikdə güclə maşından çıxarıb aparıblar. Etiraz əlaməti olaraq qadınlar yolun ortasında dayanıb.

Hadisə yerinə gələn çevik polis alayının əməkdaşları aksiya iştirakçılarını dağıdıb.

Məcburi köçkünlər yolu bağlayıb
Məcburi köçkünlər yolu bağlayıb

“Bizim müvəqqəti yaşadığımız yeri 9 ay öncə söküblər. Bizə ancaq vəd verirlər. Biz mənzil istəyirik”, aksiya iştirakçılarından biri deyib.

“Mənzil vermirlər, heç olmasa sığınacaq versinlər, başımızın üstündə dam olsun”, qadın əlavə edib.

Aksiyadan sonra məmurlar etirazçılarla söhbət edib.

Yol 15 dəqiqəyədək bağlı qalıb, bir kilometrdən uzun tıxac yaranıb.

XS
SM
MD
LG