Accessibility links

Bakı sakini özünü yandırıb


Oktyabrın 10-da Bakının Xətai rayonunda sakin özünü yandırıb.

Şahidlərin dediyinə görə, Aleksandr Kononov rayon ərazisində yerləşən parkların birində üzərinə neft tökərək özünü yandırıb. Yaxındakı insanlar alovu söndürməyə nail olub. Kononov xəstəxanaya yerləşdirilib.

Bakı şəhər 5 saylı xəstəxanadan bildiriblər ki, A.Kononov oktyabrın 10-da özünü yandırıb.

“O, günortadan sonra xəstəxanaya gətirilib, hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır”, xəstəxanadan bildiriblər.

Xətai Rayon Prokuroluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi qurumlar sakinin özünü yandırmasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG