Accessibility links

Narkoloji Mərkəzdəki yanğında təqsirli bilinənlərin məhkəməsi davam edir


Oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbsdə olan mərkəzin direktoru Telman Məmmədhəsənov, təhlükəsizlik üzrə mühəndis, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Bir neçə şahid məhkəmənin çağırışı ilə prosesə gəlmədiyinə görə onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Hakim təqsirləndirilən Telman Məmmədhəsənov və Mahir Abdullayevə ifadə vermələrini təklif etsə də onlar hazır olmadıqlarını bildirib.

Məhkəmə iclası oktyabrın 19-dək təxirə salınıb.

Bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində yanğın olub. Hadisə nəticəsində 26 nəfər ölüb.

Təqsirləndirilən şəxslərdən Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2 (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur.

Telman Məmmədhəsənov və Mahir Abdullayevə qarşı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Afət Məmmədovaya isə külli miqdarda rüşvət almaya görə məsuliyyət nəzərdə tutulan Cinayət Məcəlləsinin 311.3.3 maddəsi ilə ittiham verilib.

XS
SM
MD
LG