Accessibility links

İranda sosial şəbəkələrə qoyulan süzgəcin götürüldüyü bildirilir


Facebbok
Facebbok

Rəsmi Tehran hələ ki, bu xəbərlərə münasibət bildirməyib

İranda sosial şəbəkələrə, o sıradan da “Facebook” və “Twitter”ə qoyulan süzgəcin aradan qaldırıldığı haqda məlumatlar yayılıb. Rəsmi Tehran hələ ki, bu xəbərlərə münasibət bildirməyib.

İranda sosial şəbəkələrə süzgəc 2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar baş qaldırandan sonra qoyulub.

“Media forum” saytının məlumatına görə, söz və ifadə azadlığının müdafiəsi ilə məşğul olan Elektron Sərhədlər Fondunun baş direktoru Culian York sentyabrın 16-da jurnalistlərə deyib ki, İranda sosial şəbəkələrə qoyulan süzgəcin götürüldüyü haqda o da bilgilər əldə edib: “İranda internet xidməti göstərən bir neçə müəssisədən, “Facebook” və “Twitter” istifadəçisi olan bəzi iranlılardan aldığım xəbərə görə, sosial şəbəkələrə qoyulan süzgəc ləğv edilib. Bunu İran əsilli amerikalılar da təsdiqləyib”.

ABŞ-ın “Nyu-York Tayms” və və “Vaşinqton Post” qəzetlərinin 16 sentyabr saylarında da İranda 2009-cu ildən sosial şəbəkələrə qoyulan süzgəcin aradan qaldırıldığı haqda xəbərlər dərc olunub.
XS
SM
MD
LG