Accessibility links

Nelson Mandela xəstəxanaya yerləşdirilib


Cənubi Afrikanın keçmiş prezidenti Helson Mandela Pretoriyada xəstəxanaya aparılıb.

Prezident Ceykob Zumanın ofisindən verilən bəyanatda 94 yaşlı Nelson Mandelanın yaşı ilə əlaqədar tibbi müayinədən keçmək üçün xəstəxanaya aparıldığı bildirilir. Bəyanatda narahatlıq üçün heç bir əsasın olmadığı deyilir.

Son illər zəifləmiş Nelson Mandela artıq ictimiayyət qarşısına çıxmır. Fevral ayında o, qarın nayihəsində ağrılarla əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Cənab Mandela 1994-cü ildə Cənubi Afrikanın ilk qaradərili prezidenti olmuşdur. Prezident olana qədər apartheid əleyhinə mübarizə aparan Nelson Mandela on illərlə həbsdə qalmışdır.
XS
SM
MD
LG