Accessibility links

Cənubi Koreya və Yaponiya razılıq əldə edib


Yaponiya və Cənubi Koreya Şimali Koreyanın nüvə proqramı da daxil olmaqla, ölkənin hərbi fəaliyyətinə dair kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq imzalayıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, saziş Şimali Koreyanın nüvə və raket fəaliyyətini məhdudlaşdırmağa kömək edəcək.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü Ço Cun-hyunk müxbirlərə razılıq barədə çox az məlumat verib.

“Ümumi təhlükəsizliklə bağlı hərbi məlumat mübadiləsinə dair sənəd mühüm texniki razılıq hesab edilir. Bu səbəbdən sənədin mənasını izah etməyə ehtiyac yoxdur. 1989-cu ildə Cənubi Koreya Yaponiyaya bu təklifi edib və bizim hökumətimiz Şimali Koreyanın presidentsiz hərbi təhdidlərinə effektiv cavab vermək üçün razılıq barədə müzakirələri bərpa edib” deyə Cənubi Koreyanın Xarici Məsələlər Nazirliyinin sözçüsü Ço Cun-hyuk bildirib.

Razılıq Cənubi Koreya və Yaponiyaya məlumatları, 2014-cü ildə imzalanmış sənədə əsasən ABŞ-la razılaşdıqdan sonra deyil, birbaşa bölüşmək imkanı verir.

Yeni razılaşma Cənubi Koreyada prezident Park Ceun-Hyunun istefasını tələb edənlər də daxil olmaqla, siyasi fəalların və partiyaların nümayişlər keçirməsinə səbəb olub.

Şimali Koreyanın əsas müttəfiqi olan Çin də razılıqla bağlı narazılığını bildirərək, bu razılığın regiona təhlükəsizlik və qeyri-stabillik elementləri gətirəcəyini bildirib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Cenq Şuanq deyib ki, Soyuq Müharibə mentalitetini saxlaya bu ölkələr hərbi kəşfiyyat əməkdaşlığını gücləndirir. Bu isə Koreya yarımadasında qarşıdurmanı artıracaq.

XS
SM
MD
LG