Accessibility links

Seulda 100 minlərlə insan yenidən etiraz aksiyası keçirir


Cənubi Koreyada 100 minlərlə etiraz artın altıncı ardıcıl həftə sonu Seul küçələrinə çıxaraq etiraz nümayişləri keçirir. Onlar hazırki prezident Park Geun-Hyenin istifasını tələb edir.

Nümayişlər dünən Cənubi Koreya Milli Assambleyasının cənab Parkın impiç olunmasına dair səsverməni dekabrın 9-dək təxirə salmasını bəynat etməsindən sonra yenidən qızışıb.

Prezidenti də əhatə edən qalmaqal paytaxt Seulun mərkəzində 6 həftə ardıcıl kütləvi etiraz aksiyalarına yol açıb. Polis hər nümayişə təxminən 320 min insanın toplaşdığını bildirsə də, təşkilatçılar bu rəqəmin 1.7 milyondan çox olduğunu vurğulayır.

Prezident adı multi-milyon dollarlıq satış qalmaqalında hallanandan sonra onun haqqında ölkədə korrupsioner lider imici yaranıb.

Prezidenti də əhatə edən qalmaqal paytaxt Seulun mərkəzində 6 həftə ardıcıl kütləvi etiraz aksiyalarına yol açıb. Polis hər nümayişə təxminən 320 min insanın toplaşdığını bildirsə də, təşkilatçılar bu rəqəmin 1.7 milyondan çox olduğunu vurğulayır.

Nümayişçilərin bəziləri Milli Assambleyanın qarşısında toplaşaraq hər iki tərəfdən olan qanunvericiləri gələn həftə Parkın impiçmentinə səs verməyə çağırıb.

Cənubi Koreyanın tarixində ilk dəfə prokurorlar ölkənin cari prezidentinin adını davam edən cinayət istintaqında hallandırır. Onlar iddia edir ki, Park nüfuzlu dostu Çoy Sun-Silin qanunsuz əməllərinə cəlb olunub. Belə ki, Koreyanın böyük holdinqləri iki fonda 65 milyon dollar ianə yatırmağa məcbur edilib. Çoyun hətta maliyyənin bir hissəsinin öz şəxsi şirlətinə yatırdığı da iddia olunur.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG