Accessibility links

Türkiyə və Cənubi Koreya iki ölkə arasında əməkdaşlığı artırır


Türkiyə prezidenti Abdulla Gül və Cənubi Koreya prezidenti Li Myunq-bak Seulda enerji, ticarət, inşaat və müdafiə sahələrində əməkdaşlığın artırılmasını müzakirə edir

Türkiyə prezidenti Abdulla Gül üç günlük səfərlə Cənubi Koreyadadır.

Cənab Gül və Cənubi Koreya prezidenti Li Myunq-bak bu gün Seulda enerji, ticarət, inşaat və müdafiə sahələrində əməkdaşlığın artırılmasına dair danışıqlar aparır. İki ölkənin dövlət başçısı ölkələr arasında ticarət və enerji sahələrində münasibətləri inkişaf etdirməyə söz veriblər.

İki ölkə rəsmiləri arasında görüşlər çərçivəsində Cənubi Koreyanın İnformasiya İqtisadiyyat naziri Çoy Kuinq Hvan və Türkiyənin energetika naziri Taner Yıldız nüvə enerjisi sahəsində əməkdaşlığa dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən, Cənubi Koreya Türkiyənin şimalında Sinop bölgəsində nüvə elektrik stansiyalarının inşasına yardım göstərəcək.

XS
SM
MD
LG