Accessibility links

Cənubi Koreyanın prezidenti impiç edildi


Cənubi Koreya qanunvericiləri cümə günü milyonlarla dollarlıq qalmaqalla əlaqələndirilən ölkənin ilk qadın prezidenti Pak Gin Henin impiçmentinə səs verib?

300 yerli parlamentdə Milli Assambleyanın 234 üzvü onun impiç edilməsinə səs verib. Bu isə səslərin üçdə ikisindən də çoxu deməkdir.

Pakın hakimiyyəti əlindən alındığına görə səs vermədən sonra hökumətə müvəqqəti baş nazir Hvanq Kyo Ahn başçılıq edəcək.

Pakın impiçmenti elan edildikdən sonra Milli Assambleya qarşısında toplaşmış nümayişçilər səsvermə nəticələrini alqışlayıb.

Qalmaqal Pakın vəzifəsindən uzaqlaşdırılması tələbi ilə həftələrlə ölkə boyu davam edən kütləvi nümayişlərə səbəb olmuşdur.

Cənubi Koreya tarixində bu ilk dəfədir ki, prokuror hakimiyyətdə olan prezidenti cinayət axtarışlarına cəlb edib.

Prezidentin mətin və qeyri-korrupsioner imici onun uzun zaman dostu olmuş Çhoi Sun Sil tərəfindən məhv edilib. Çhoi Pakla münasibətlərindən istifadə edərək Koreya konqlomerlərini iki şübhəli fonda 65 milyon dollar ianə etməyə məcbur edib. Eyni zamanda o, məbləğin müəyyən hissəsinin və bəzi gəlirli kontraktları özünün və yoldaşlarının şirkətlərinə ötürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG