Accessibility links

Livanın cənubundakı Fələstin düşərgəsində toqquşmalar zamanı 4 nəfər həyatını itirib


Əyn əl-Hilvə
Əyn əl-Hilvə

Fələstinlilərin Livanın cənubundakı qaçqın düşərgəsində rəqib qrupları arasında baş verən toqquşmalar zamanı dörd nəfər ölüb, onlarla insan yaralanıb. Qan tökülməsinin arta biləcəyi ilə bağlı qorxu səbəbilə ilə yüksək səviyyəli fələstinli rəsmi bazar ertəsi düşərgəyə gedib.

İyulun sonundan bəri Əyn əl-Hilvə düşərgəsində Fələstinin aparıcı Fətah hərəkatı ilə İslamçı döyüşçülər arasında bir neçə dəfə baş verən qarşıdurma zamanı 10-dan çox insan həlak olub.

Birləşmiş Millətlər Təşkilatı Fələstin Qaçqınlar Agentliyinin (UNRWA) məlumatına görə, bir ay davam edən atəşkəsdən sonra həftəsonu silahlı qarşıdurma yenidən başlayıb və nəticədə dörd nəfər ölüb.

Livanın təhlükəsizlik qüvvələri və fələstinlilərin iki mənbəsinin bildirdiyinə görə, ölənlərdən azı ikisi mülki vətəndaşdır. Livan təhlükəsizlik qüvvələrində mənbə şənbə günü toqquşmalar zamanı atılan güllələrdən birinin düşərgənin yaxınlığındakı qəsəbədə bir nəfərin ölümünə səbəb olduğunu bildirib.

Ordunun bəyanatında bazar günü düşərgənin kənarında baş verən qarşıdurma zamanı Livan ordusunun beş əsgərinin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlar Agentliyinin bildirdiyinə görə, Livandakı 12 fələstinli qaçqın düşərlərindən ən böyüyü olan Əyn əl-Hilvə ölkədə 250 minə qədər fələstinlinin 80 mininə ev sahibliyi edir. Düşərgələr 70 il bundan əvvəl 1948-ci ildə qonşu İsrail dövlətinin yaradılmasından sonra yaradılıb.

Yenidən artan zorakılıqların qonşu Sidon şəhərinə də keçə biləcəyinə dair yeni narahatlıqlara səbəb olub.

Fatah hərəkatının yüksək səviyyəli rəsmisinin bazar ertəsi Livana gedəcəyi gözlənir. Livanın Baş Təhlükəsizlik Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini icra edən rəsmi məsələ ilə bağlı təcili iclas keçirəcək.

Forum

XS
SM
MD
LG