Accessibility links

Dünyanın ən gənc dövləti olan Cənubi Sudan müstəqilliyini qeyd edir


Dünyanın ən gənc dövləti olan Cənubi Sudan müstəqilliyini qeyd edir
Dünyanın ən gənc dövləti olan Cənubi Sudan müstəqilliyini qeyd edir

Dünyanın ən gənc dövləti olan Cənubu Sudan rəsmi olaraq müstəqilliyini elan etdi. Parlamentin spikeri Ceyms Vani İqqa bu gün paytaxt Cubada yüz minlərlə insanın iştirakı ilə təntənəli mərasim zamanı rəsmi bəyannaməni oxuyub. Mərasimdə əsgərlər Cənubi Sudanın bayrağını ucaldıb.Prezident Salva Kir and içərək, ölkənin inkişafı və Cənubi Sudan xalqının rifahı naminə xidmət göstərəcəyinə söz vermişdir. Cənubi Sudan Respublikası bu gündən dünyanın ən gənc dövləti olmuşdur. Paytaxt Cubada təntənələr davam edir. Dünya ölkələrinin rəsmiləri təntənələrdə iştirak edir. ABŞ nümayəndə heyətinin başçısı səfir Süzan Rays deyib ki, Cənubi Sudanın gələcəyi korrupsiyadan azad olan müstəqil təsisatların inkişafından asılıdır.

XS
SM
MD
LG