Accessibility links

Cənubi Sudan prezidenti opponentləri ilə danışıqlara hazır olduğunu bildirib


Cənubi Sudan prezidenti Salva Kiir deyib ki, o, ölkədə çevrilişə rəhbərlik etməkdə ittiham etdiyi sabiq vitse-prezident Rik Maşarla danışıqlar aparmağa hazırdır.

BMT-nin hesablamalarına görə, son 4 gündə gedən döyüşlər Cənubi Sudanda 500-dən çox insanın ölümünə səbəb olub. BMT baş katibi Pan Gi Mun təşkilatının missiyası ilə 20 mindən çox qaçqının paytaxt Cubada məskunlaşdığını bildirib. Cənubi Sudan rəsmiləri ölümlə nəticələnən döyüşlər səbəbindən didərgin düşən insanları evlərinə dönmələrinə çağırıb.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti didərgin düşən mülki vətəndaşların çoxunun qorxu keçirdiklərini bildirib.

Pan Gi Ban bu ağır günlərdə prezident Kiiri opponentləri ilə müzakirələrə və BMT ilə yaxından əməkdaşlığa çağırıb.
XS
SM
MD
LG