Accessibility links

“Sovetski” sakinləri kompensasiyanın artırılmasını istəyir


Sovetski camaati aksiya keçirib
Sovetski camaati aksiya keçirib

Baş nazirin müavini və Bakı meri sakinlərlə görüşüb

Fevralın 18-də Bakının Yasamal rayonundakı 150 saylı məktəbdə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və baş nazirin müavini Abid Şərifov keçmiş Sovetski küçəsində və ona bitişik məhəllələrdə yaşayan sakinlərlə görüşüb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Bu ərazidəki evlər sökülür. Lakin sakinlər verilən kompensasiyanın həcmindən razı deyil və adekvat kompensasiya tələbilə etiraz aksiyası keçirməyə hazırlaşırlar.

“Biz hər kvadrat metrə görə 3,5-4 min manat və ya yaxınlıqda buna bərabər mənzilin verilməsini istəyirik, biz şəhər kənarına getmək istəmirik”, - sakinlərdən biri qeyd edib.

O həmçinin deyib ki, elə ailələr var ki, mənzili 12 kv. metrdir, bu cür ailələr ailə üzvlərinin sayı nəzərə alınmaqla hazır mənzillər almalıdır.

“Biz öz tələblərimizi irəli sürdük və bildirdik ki, öz mənzilimizi 1500 manata vermək istəmirik. Baş nazir və paytaxt meri tələblərimizə baxmaq üçün 1 həftə vaxt istəyiblər, bundan sonra cavab verəcəklər”, digər sakin bildirib.

Qeyd edək ki, görüş keçirilən məktəbiun qarşısına bir neçə min sakin toplanıb.
Ötən bazar günü 5 minə yaxın yerli sakin kompensasiyanın azlığına etiraz edərək etiraz aksiyası keçirib. Sakinlər bildiriblər ki, əgər hakimiyyət onların tələblərini yerinə yetirməsə daha sərt tədbirlərə əl atacaqlar
XS
SM
MD
LG