Accessibility links

"Sovetski" sakinləri etiraz edir [Fotoqalereya & Video]


"Sovetski" sakinləri etiraz edir
please wait

No media source currently available

0:00 0:03:33 0:00

"Sovetski" sakinləri etiraz edir

Polis fəallıq edən üç nəfəri saxlayıb

Martın 3-də Bakının "Sovetski" məhəlləsinin yüzlərlə sakini 173 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Sakinlər evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edirlər.

Amerikanın Səsinin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə həmin əraziyə çoxsaylı polis əməkdaşı cəlb olunub. Ərazi tam nəzarətə götürülüb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Sakinlər 173 saylı məktəbin qarşısına doğru cəhd etsə də polis buna imkan verməyib. Fəallıq göstərən 3 sakin polis tərəfindən saxlanılıb.

Hazırda ərazi tam polis nəzarətindədir. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov hadisə yerindədir.

***
Öz növbəsində bu gün baş nazirin müavini Abid Şərifov Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlayıb.

APA agentliyinin məlumatına görə, A. Şərifov deyib ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub: “Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər”.

Baş nazirin müavini əlavə olaraq hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcəyini deyib: “1 kv.m üçün 1500 manat təklifi qüvvədə qalır. Kimi bu qiymət qane etmirsə, onlarla işimiz yoxdur, evlərində yaşasınlar. Bizim son qərarımız budur”.

A.Şərifov inventarizasiyanın aparılmasının səbəblərini də açıqlayıb: “Biz bilmirik ki, orada nə qədər ailə yaşayır, ümumi sahə nə qədərdir? Nəzərə alınsa ki, mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək, köçürülməyəcəklərsə, yol da tikiləsi olmayacaq. İnventarlaşma 1-2 ay çəkəcək, inventarlaşma başa çatandan, Baş Plan hazırlanandan sonra baxacağıq ki, neçə ev sökülməli, neçə ev qalmalıdır?” baş nazirin müavini qeyd edib.


Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG